Danimarka Ukraynaya namizəd statusunu dəstəklədiyini rəsmən təsdiqlədi – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Danimarkanın xarici işlər naziri Eppe Kofod Ukrayna xarici işlər naziri Dmitri Kulebanı Ukraynaya Aİ-yə üzvlük üzrə namizədlik statusunun verilməsi ilə bağlı dəstəklik göstərəcəyinə dair şəxsən əmin edib.

Bu barədə Kuleba nazirlə telefon danışığından sonra “Twitter” hesabında bildirib.

“Mən Eppe Kofod ilə danışdım, məni əmin etdi ki, Danimarka Ukraynaya Aİ-yə üzvlük üzrə namizədlik statusunun verilməsini dəstəkləyir. Dəstək üçün Eppeyə minnətdaram”, – deyə Kuleba qeyd edib.

Xarici işlər naziri danimarkalı həmkarına deyib ki, bu qərar “hər bir ukraynalını, o cümlədən hazırda cəbhə xəttində olanları ruhlandırır”.

İyunun 17-də Avropa Komissiyası rəsmi olaraq Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə edib. Avropa Komissiyasının rəyində Ukrayna üçün, xüsusən də qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahəsində 7 tələb də sadalanır.

İyunun 16-da Eppe Kofod bəyan edib ki, Avropa Komissiyası müsbət tövsiyə verərsə, Danimarka hökuməti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləməyə hazırdır.

Danimarka son vaxtlara qədər namizəd statusunu dəstəkləməyə hazır olmayan Aİ-nin skeptik dövlətləri sırasında idi.

Ukraynanın statusu ilə bağlı rəsmi qərar Aİ liderlərinin iyunun 23-də keçiriləcək sammitində verilməlidir.

Mənbə: Evropeyskaya pravda

Oxu.az

Bu yazılara da göz atın...