Bayden Harrislə bağlı yenə səhv etdi – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

ABŞ Prezidenti Co Bayden yenə səhv edib və vitse-prezident Kamala Harrisi prezident adlandırıb. Bu, ABŞ və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) sammitində baş verib.

ABŞ prezidenti çıxışında Hind-Sakit okean regionu, onun sabitliyi və təhlükəsizliyi haqqında danışıb.

“Hamımızın səy göstərdiyi də məhz budur. Buna görə də mən prezident Harrisdən keçən avqust ayında bölgəyə səfər etməyi xahiş etmişdim”, – deyə o bildirib.

Co Bayden ilk dəfə ötən ilin dekabrın 17-də Kamala Harrisi ABŞ prezidenti adlandırıb. Cənubi Karolina Dövlət Universitetində tələbələr qarşısında çıxışı zamanı o, vitse-prezidenti haqqında bir neçə dəfə “Prezident Harris” deyə bəhs edib.

Eyni hal bu ilin yanvarında da baş verib, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları tərəfindən Kapitolinin ələ keçirilməsindən danışarkən yanlış ad səsləndirib. Növbəti dəfə isə Bayden mart ayında ABŞ-da koronavirusa qarşı peyvənd prosesi ilə bağlı çıxışı zamanı bu səhvi təkrar edib.

Mənbə: RİA Novosti

Oxu.az

Bu yazılara da göz atın...