Antoni Blinken atasının öldüyünü xəbər verdi – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Macarıstandakı keçmiş səfiri olan atası Donald Blinkenin vəfat etdiyini açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə diplomat özünün “Twitter” hesabında yazıb.

“Mənim ailəm sevgi və ilham mənbəyini – atam Donald Blinkeni itirdi. ABŞ Hərbi Hava Qüvvələrinin üzvü, ABŞ səfiri, Mark Rotko Fondunun prezidenti, Nyu-York Dövlət Universitetinin sədri olan atam öz şəhərinə, ştata və ölkəyə xidmət edirdi”, – deyə o bildirib.

Blinkenin sözlərinə görə, məhz atası onu dövlət qulluğuna ruhlandırıb.

“O, vicdanlı, təvazökar və ləyaqətli həyat sürüb. O, həyat yoldaşı Veranı və ailəsini sevirdi. O, gözəl həyat qurub və mənə bu gözəl həyatı bəxş edib”, – deyə ABŞ dövlət katibi əlavə edib.

 

Oxu.az

Bu yazılara da göz atın...