Almaniya Polşa ilə sərhədlərə yenidən baxılmasına eyham vurdu – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Almaniya kansleri Olaf Şolz Polşanın təzminat tələbindən sonra iki ölkə arasında sərhədlərin yenidən nəzərdən keçirilməsinə eyham vurub. O, sərhədləri dəyişdirmək üçün heç kimin “tarix kitablarını eşələməsini” istəmədiyini deyib.

Avropa Şurası Parlament Assambleyasının sədr müavini Arkadiuş Mularçik öz növbəsində “Twitter” hesabında bildirib ki, Almaniya hökumətləri uzun illərdir ki, Polşanı sərhədlərə yenidən baxmaqla qorxudurlar.

Xatırladaq ki, sentyabrın 8-də Polşa hakimiyyəti ilin sonunadək İkinci Dünya müharibəsi zamanı vurulmuş zərərin ödənilməsi barədə Almaniyaya nota göndərmək niyyətində olduğunu bildirmişdi. Varşava sentyabrın 1-də təzminat tələbi ilə Berlinə müraciət edərək 1,3 trilyon dollar təzminat tələb edib.

Buna cavab olaraq Almaniya kansleri Polşaya müharibə təzminatlarının ödənilməsi məsələsinin bağlandığını bildirib. Bundan əlavə, Berlin Almaniya və Polşa arasında bu məsələ ilə bağlı yeni danışıqlar aparmaq planının olmadığını açıqlayıb.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi İkinci Dünya müharibəsi zamanı dəymiş zərərin ödənilməsi məsələsinin çoxdan həll olunduğunu bildirmişdi. Departament əlavə edib ki, Polşa hələ 1953-cü ildə əlavə təzminatlardan imtina edib. Daha sonra Polşa Seymi alman hakimiyyət orqanlarından dəymiş ziyanın ödənilməsini tələb edən qətnamə qəbul etdi.

Mənbə: Niezalezna.pl

Oxu.az

Bu yazılara da göz atın...