Aİ dövlət sərhədini qorumaq üçün Ukraynaya dörd kater verdi

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Odessa vilayətinin Belqorod-Dnestr sərhəd dəstəsi Avropa İttifaqından dörd UMS-425CC patrul kateri alıb. Katerlərin ümumi dəyəri 2,2 milyon qrivna təşkil edir.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat verib.

Qeyd olunur ki, katerlər “Aİ ilə birlikdə sərhəd təhlükəsizliyinə doğru” beynəlxalq texniki yardım layihəsi çərçivəsində təqdim edilib. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilir.

Hər bir kater dörd nəfərdən ibarət ekipaj tutumuna malikdir. Həmçinin gəminin altındakı suyun dərinliyini müəyyən etmək üçün xilasedici jiletlər və əks-səda siqnalı ilə təchiz olunub.

Mənbə: Evropeyskaya pravda

Oxu.az

Bu yazılara da göz atın...