Home Uncategorized Ot kökü üstə bitər – Atalarına layiq olan övladlar

Ot kökü üstə bitər – Atalarına layiq olan övladlar

by xeberleraz
9 views

Əvvəl səsi, sonra sözü,
Yaratdı heçdən O, özü.
Sözlə yarandı küllü-kainat
Od, torpaq, hava, su-həyat.
Onun gözəl sözlərini.
Dedi,sevdi bəndələri.
Əvvəl peyğəmbərlər,
Sonda müəllimlər.

Müəllim sözü dünyanın ən müqəddəs – Vətən, Ana kimi sözləri ilə bir cərgədə durur. Müəllim peşəsi şərəfli peşədir. Bu müqədəs adı daşımaq hər insana qismət olmur. Bu adı daşımaq üçün böyük ləyaqət və kəramət sahibi olmaq gərəkdir. Ürəyində Allah eşqi, Vətən, Ana sevgisi gəzdirən hər bir insanın mənən zənginləşməsində, ruhunun qidalanmasında, inamlı və imanlı olmasında, Allaha tapınmasında, haqqa can atmasında, bir sözlə vətənpərvər və insanpərvər olmasında müəllimlərin rolu böyükdür. Əgər müəllim düzgün tərbiyə verirsə, insanın niyyəti pak və təmiz olur. Yaxşı müəllim öz saleh əməli ilə şagirdlərinin də qəlbini saflaşdırır, onların vətənpərvər, insanpərvər və imanlı böyüməsində zəhmət çəkir.

Məhz, belə müəllimlərdən idi Zakir Sərdərov. Onun vaxt ilə Səlyanda dərs verdiyi şagirdlərinin, sonralar Azərbaycan Pedoqoji İnstitutundaki tələbələrinin səsi, sorağı dünyanın bütün yerlərindən xoş sədalarla gəlir.
Zakir müəllim ömür-gün yoldaşı Leyla xanımla birlikdə dörd övlad – iki qız, iki oğlan böyüdüb, boya-başa çatdırıb. Övladlarının təhsil almalarında, hansı peşəni seçmələrində də onların böyük rolu olmuşdur. Zakir müəllimin bir ata kimi, qayğıkeşliyindən, övladlarına olan sonsuz sevgisindən söz düşəndə, “Mən Allahı ata olduqdan sonra tanıdım. Bütün varlıqlar ondan əmələ gəlmişdir, O hər yerdədir.” – deyə Onore de Balzakdan sitat gətirərdi. O, heç zaman bu sözləri deməkdən yorulmazdı; ”Qızlarım mənim gözlərim, oğullarım isə mənim qollarımdır”. Atadan öz övladlarına çox şey miras qala bilər – mülk, var- dövlət, çoxlu pul və s. Amma yaxşı övlad üçün bunların hamısından qiymətli olan bir miras var, o da atanın cəmiyyətdəki hörməti, nüfuzu, təmiz ad-sanıdır. Elə bir ad san ki, övladları harda olsa, qürurla deyə bilsin ki, mən filankəsin oğluyam, yaxud mən filankəsin qızıyam. Zakir müəllimdən qalan ən böyük miras da övladları üçün həyatda başucalığı və daım yollarına işıq saçan bir mayakdır. Onun övladları dünyanın ən gözəl peşəsini seçiblər. Böyük qızı Xatirə xanım valideynlərinin yolunu davam etdirərək ömrünü pedoqogikaya bağlayıb.
Kiçik qızı Züleyxa xanım həkim kimi insanlara şəfa verməyə, xəstələrin dadına yetməyə çalışır. Oğlanları Vüsal və Vüqar Sərdarovlar isə fəaliyyətlərinə daxili işlər orqanlarında başlayaraq ictimai aşayışin, dövlətin və dövlətçiliyin, vətəndaşların hüquq və mənafeyinin qorunmasında yaxından iştirak edirlər. Onlar Zakir Sərdərov ocağının təmsilçiləri olduqlarını biran belə unutmurlar. Dövlətə, Xalqa,Vətənə ləyaqətlə xidmət göstərməklə atalarının ruhunu şad etməyə çalışırlar.

Müəllimə işləyən qızı Xatirə xanım atasını belə xatırlayır:

“Atam çox mehriban insan idi, heç kimin xətrinə dəymək istəməzdi. Onun dilindən heç vaxt bir acı söz eşitmədim, çox qayğıkeş idi. Heç bir dərdimizə, problemimizə biganə qalmazdı. Mənim müəllim peşəsini seçməyimdə atamın və anamın böyük rolu olub. Axı onlar da pedaqoq idilər. Mən müəllim peşəsinə yiyələnəndən sonra bu peşənin necə gözəl, şərəfli, ancaq şərəfli olduğu qədər də məsuliyyətli bir peşə olduğunun fərqinə vardım. Atamın bu yolda hər bir addımını mən öz həyatımın məslək yolu sayırdım, hal-hazirda da sayiram. O, insanı sanki hiss edirdi. Bu müəllimlərdə olmalı olan ən mübhem bir əmsaldır ki, o da hər adamda olmur. Evə girəndə elə bil bizim ürəyimizdən keçənləri oxuyurdu. Sualları elə qoyurdu ki, adam istər-istəməz onun istədiyi cavabları verirdi. Əgər bir problemli məsələ ortaya çıxsaydı, onu heç vədə sabaha qoymazdı. Gecə ilə olsa belə, həmin çatışmamazlığı mütləq aradan qaldırandan sonra rahat nəfəs alardı. Bütün bayramlarda biz uşaqlarını, nəvələrini başına yığar, deyib-gülüb, şənlənərdi. Ən çox sevdiyi iş nəvələri ilə oynamaq, onlarla söhbət etmək idi. Hamıdan gec yatardı. Biz yatandan sonra öz yazı işlərini görər, elmi araşdırmalarını nəzərdən keçirərdi. Səhər nə vaxt ayılardımsa, görərdim ki, atam oyaqdır. Öz otağında oturub nəsə yazır. Deyirdim ki, ay ata, belə olmaz, biraz istirahət et. Mənə cavabı belə olardı;- Canım-gözüm, zaman gözləmir. Bu işləri tez başa vurmalıyam, sanki ürəyinə dammışdı ki, onun sonuncu kitabı vəfatından sonra işıq üzü gördü. Ancaq o xəstə olanda da uzanmazdı. Həmişə öz işləri ilə məşğul olardı.

Zakir Sərdarovun oğlu, daxili işlər orqanlarda çalışan Vüsal Sərdərovun dediklərindən:

-Atam – Zakir müəllim sözün əsl mənasında mənim pirim, qibləgahım, idealım olmuşdu. O, Ata olmaqdan başqa mənim həyat müəllimim, yol göstərənim, hər zaman məsləhət verənim idi. Həmişə ata-oğul söhbətinə başlamazdan qabaq əlini kürəyimə vurub belə söyləyərdi:
Oğul sözlərimə yaxşı qulaq as.
Ata məsləhəti faydasız olmaz.
Doğurdan da Ata məsləhəti, Ata nəsihəti ilə mən və qardaşım ali təhsil alıb həyatımızı xalqımızın asayişinin qorunmasına sərf edib, hüquq-mühavizə orqanlarında calışmaga başladıq. Atam hər vaxt deyərdi ki, dövləti və dövlətçiliyi qorumaq hər bir namuslu vətəndaşın borcudur. Bizə də hər zaman belə tövsiyyə edərdi:
-Savadlı olun, savadlı olmaqla bərabər hər bir vaxt ədaləti, düzgünlüyü, haqqı əldən verməyin. Gözü-könlü tox olun, nəfsinizlə cihad edin. İnsanların hüququnu, dövlətin, dövlətçiliyin, xalqımızın asayişinin qoruyunması naminə hər bir çətinliyə sinə gərin, hər bir mübahisəli işlərin düzgün həllinə çalışın. Kasıb insanlara imkanınız daxilində əl tutun, “Əl tutmaq əlidən qalıb” – deyərlər. Mənim sözlərimi qulagınıza sırga, ürəyinizə möhür edin. Biz də – mən və qardaşım Vüqar hər bir işə başlayanda atamızın dediyi sözləri təkrar yadımıza salıb, onun verdiyi tövsiyələrlə başlayırıq. Atam pedaqoq,ictimai-siyasi xadim, böyük alim, əməkdar jurnalist olmağından savayı, həm də qayğıkeş baba idi. Nəvələri ilə gəzməyi, onlarla zarafat etməyi çox xoşlardı. Onun kəramət və səxavəti sözlə ölçüləsi deyildi. Biz gözümüzü açandan evimiz hər zaman qonaqlı-qaralı olub. Atamın dostları, tanışları, həmkarları anamın bişirdiyi yeməklərdən və atamın şirin söhbətlərindən hər zaman feyziyab olurdular. Zakir müəllimin hər sahədə işləyən və çalışan dostu var idi. Onların içində jurnalistlər, şairlər, musiqiçilər, aktyorlar, həkimlər, rəssamlar, deputatlar və s. insanlar qərar tuturdu.
Atam mənim üçün günəş idi. Şairin təbrincə desək:

Ay döndü illərlə yerin başına,
Ançaq işığını günəşdən aldı.
Anamın önündə qolu baglıyam,
Çün Atam nurunu üstümə saldı.

Mənə səxavətdə ibrətdir Ata
Hər işdə dayaqdır, qüdrətdir Ata
İnsanlar içində şöhrətdir Ata
Əzəldən ad-sanı qəlbimdə qaldı.

Bəli, atamın şan-şöhrəti indiyə qədər bizim baş ucalığmız, qürur mənbəyimizdir. Biz hər hansı bir yerdə – istər məclis olsun, istərsə də idarə, Atamızın adını çəkəndə, bizə – “halal olsun Zakir Sərdarova, Allah rəhmət eləsin ki, bu cür oğullar böyüdüb, tərbiyə edərək xalqının, dövlətinin ixtiyarına verib. Qardaşımla mən hər yerdə fəxrlə, biz Zakir Sərdarovun oğluyuq – deyirik.

Hər nə olsa şükür eylə, demə bəs,
Şəri xeyir, qaranlığı yara dan,
Ata olub, ata qədrin bilən kəs,
Anlayarsan, nə deməkdir yaradan!

Həqiqətən də insan ata olandan sonra Yaradanın nə demək olduğunu anlayır. Valideynlərinin onları böyütmək üçün nələr çəkdiyini yavaş- yavaş öz həyat təcrübəsi ilə dərk edir. Heyf ki, atama bizim ata olmağımızı görmək qismət olmadı. O, qardaşımın toy dəvətnamələrini yazdırmışdı. Və öz ad günü ərəfəsində onun toyunu görmək istəyitdi. Vaxtsız gələn qədər-qismət onun arzularını yarı yolda saxladı.

Hüquq-mühafizə sistemində çalışan oğlu Vüqarın dediklərindən:

– Artıq 22 ildir ki, atam bu həyatda yoxdur. Yaxın dostları və əqidə yoldaşları onun haqqında dəfələrlə xatirələr yazıb, çap etdirib, amma nədənsə bir oğul kimi atam haqqında nəsə demək və yaxud nəsə yazmaq mənim üçün çox çətin olub. Yəqin ki, bu ondan irəli gəlir ki, atam Zakir Həsən oğlu Sərdarov tanınmış alim və ictimai xadim idi. Atamın yaradıcılığı və gördüyü işlər haqqında yeni söz demək o qədər də asan deyil. Bəlkə də mücərrədlik ondadır ki, O, mənim atamdır. Və bütün ömrüm boyu ona bəslədiyim sonsuz oğul sevgisi, hiss etdiyim böyük ehtiramı ifadə etmək üçün kifayət qədər söz tapa bilmədiyimdən çəkinmişəm. Yaxınları, dostları həmişə deyerdilər ki, Zakir müəllimin şirin, nəsihətli sözlərindən doymaq olmur. Dosta, yoldaşa, qohuma çox sədaqətli, vəfalı adam idi. Ehtiyacı olanların hamısına köməklik göstərirdi. Göstərdiyi kömək və qayğılar söz yox ki, təmənnasız olurdu. Atam Zakir Sərdarov 31 dekabr 1941-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqpəyə kəndində anadan olmuşdur. Atam uşaqlıq və gənclik illərində, tələbəlik çağlarında çox məhrumiyyətlərlə rastlaşmışdır. Atasını erkən itirdiyi üçün bütün çətinliklərə özü sinə gəlib ve öhdəsindən gələ-gələ öz məsləkinə, amalına addım-addım yaxınlaşıb, ucalığı ən sonunda fəth edə bilmişdir. O, Bakıda Azərbaycan Pedoqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində o şeir, hekayə, məqalə, povest yazmağa başlayır və dövri mətbuatda çap olunur. Anam Leyla xanımla da həmin illərdə elə İnstitutda tanış olur. Anam da orda oxuduğu üçün onların sözün əsl mənasında söz-söhbətləri tutur. Atamın o vaxtlar anama yazdığı bir şeir yadımdadır.
Könlümün açarını
Sənə həvalə etsəm
Ya hüdudsuz səhra,
Ya sahilsiz bir dəniz,
Ya buludsuz bir səma,
Ya dünya əsrarənguz
Gözlərində görərsən,
Bunları istəmirsən??
Onun incə şair qəlbi olduğu kimi, bir jurnalist kimi də kəskin, sərt, ədalətli qələmi də var idi. O, dövri mətbuatda geniş yer alan məqalələri ilə sosial rifahın inkişafına, düzlüyün, ədalətin hər yerdə qərar tutmasına çalışırdı.
Atam Pedaqoji İnstitutda işlədiyi dövürdə 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi alır.
1982-ci ildə Jurnalistlər İttifaqının üzvü olur. Atam çox ürəyi yumşaq adam idi. Həmişə ehtiyacı olan tələbələrə, ali təhsil almaq istəyən gənclərə düzgün məsləhətlər verər, hətta lazım biləndə maddi yardım da edərdi. Deyilənə görə o, mühazirə oxuduğu zaman auditoriyada oturan tələbələr diqqətlə qulaq asaraq onu dinləyərdilər. Bir çox tələbələrdən eşitmişəm ki, həmin illərdə Zakir müəllimi dinləmək üçün ayrı-ayrı fakültələrdən də gəlib onun muhazirələrinə qulaq asan tələbələr də çox olurdu. Atam evdə olanda daima nəsə yazırdı,onu hər vaxt öz otağında yazı masası arxasında görürdüm, soruşanda da, qısaca deyirdi ki, cağdaş tariximizi qələmə alıram. Ömrünün son gününə qədər xalqına, millətinə ləyaqətlə xitmət etdi. O, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu vaxt qanunların hazırlanmasında yaxından iştirak edib. Atam ömrünün son gününədək böyük ümüdlə yaşayırdı. Mən ondan heç vaxt eşitməmişəm ki, bir yerinin ağrıdığını dilinə gətirsin. 1999-cu ilin dekabr ayının 14-də əbədi olaraq işıqlı həyata gözlərini yumdu .

Mərhum Zakir Sərdarovun həkim işləyən kiçi qızı Züleyxanın dediklərindən:

-Atam məni cox istəyirdi, həm evin sonbeşiyi olduğum üçün, həm də mənə anasının adını qoydugu üçün. Hər zaman mənə anam deyə müraciət edərdi. Onun anasi Züleyxa xanım böyük bir tanınmıs Əfəndi nəslinin qızı idi. Əfəndlər nəslinin 90 faizi , demək olar ki , ziyalılardır. Onların içərisində alimlər, yazıçılar, şairlər, həkimlər, müəllimlərdə var.
Mənim həkim peşəsini seçməyimdə Atamın məsləhətlərinin böyük rolu olub. O, hər zaman deyərdi: “tibb elmi insanlara Allah tərəfindən göndərilmiş vəyhdir. O tez- tez Əbu Əli Seyyid Hüseyin İbn Sinadan sitatlar gətirərdi. Onun dostu Əl- Burunidən söhbət açardı. Deyərdi ki, təbabətin atası qədim yunan Hipokrat tibb elmini öz atası Heroklidən almışdır. Hipokrat xəstəliyi deyil, xarici mühiti orqanizmin fərdi xüsusiyyətlərinə görə xəstəni müalicə edərdi. Onun bu cür söhbətlərindən mən mənəvi qida alardım. Və atamın belə-belə söhbətləri mənim tibb elminə sevgimi daha da artıdı. Hər zaman insanların sağlamlığının keşiyində durmaq sözün əsl mənasında şərəf doğuran bir haldir. Atam hər zaman deyərdi:

-İnsanın canı sağlamdirsa, deməli xoşbəxtdir. Sağlam adamlarda həyat sevgisi yüksək olur. Deməli xoşbəxt olmağımız, saglam olub düzgün həyat tərzi kecirmək özümüzdən asılıdlr. Bu sözləri desə də, atam Zakir Sərdarov heç oz dediklərinə əməl etmirdi. Onun köməksiz insanlara can yandırması, qayğıkeşliyi hədsiz dərəcədə sərhədsiz idi. Hər hansı bir yaxınına, dostuna, tanışına, qohumuna nəsə olurdusa, elə bil özünə olurdu. Səhərəcən qərar tuta bilmirdi. Mütləq həmin adamın işini düzəltmək ücün və yaxud dərdinə əlac eləmək üçün günlərlə ayaq üstə qalmaq lazım olsaydı, onu da qalardı. Vətən üçün, xalq üçün canını belə əsirgəməyən bir insan idi – Atam. 1992-ci illərdə başıpozuq hakimiyyətin səriştəzliyi atami və bir çox atam kimi ziyalıları hansi ki, dövlətçiliyimizin müqəddəratının təhlükə altında olmasını görənlərin səbr kasasının dolmasına gətirib çıxardı. Atam o illər işlədiyi Pedoqoji İnstitutda müəllimlərin, tələbələrin  qarşısında mütəmadi çıxışlar edir, yeni qurulan dövlətimizin bu ağır gündə agsaqqala , sərkərdəyə, sərişdəli, öz işini bilən Heydər Əlirza oğlu Əliyevə ehtiyacı olduğunu söyləyirdi. Bu çıxışlarına görə Atamı hakimiyyətdə olan başıpozuqlar dəfələrlə tutquladılar. Ancaq Atam yenə də öz əqidəsindən, məsləkindən dönmədi. Və sonda öz amalına nail oldu. Heydər Əliyevin Bakıya gəlməsi təşəbbüsü ilə çıxış edən 91  ziyalidan biri oldu. Ulu Öndərə müraciət edilməsində yaxından iştirak etdi. Heydər Əliyevin müdafiə komitəsini yaradanlardan biri oldu. Lakin bütün bu qaçqovlar, stresslər Atamın səhhətinə öz mənfi təsirini göstərirdi. Ancaq o yenə də işindən qalmırdı : “Əliyevçilik – Azərbaycançılıq” , “Heydər Əliyev və milli mübarizə tariximiz, Heydər Əliyev erməni mətbuatında” kitabları üzərində dayanmadan işləyirdi. Atam sözün əsl mənasında cəfakeş adam idi. Qarşısına qoyduğu məqsədə nail olmayınca, masasının arxasından durmazdı. Hər dəfə ona belə işləmək olmaz, sən özünü niyə belə ağırlıq altına salırsan deyəndə, – O, sadəcə gülümsəyir: “inanın ki, bunları məndən başqa yazan olmayacaq”- deyirdi.
Belə bir deyim var – Əgər sağlam olmaq , çox yaşamaq istəyiriksə, gərəkdir ki , özümüz özümüzün həkimi olmalıyıq. Allah heç kimin yolunu həkimə salmasın. Təssüf ki, həkimlərsiz də keçinmək olmur. Amansız və saysız – hesabsız xəstəliklər tüğyan edən dövrdə. Atam da çarəsi olmayan xəstəliyə düçar oldu. Mən bir həkim kimi onun xəstəliyinə əlac tapa bilmədim. Atam dövlət xətti ilə Rusiyada və bir çox Avropa dövlətlərinin müalicəxanalarında oldu. Ancaq orda da onun xəstəliyinə əlac tapılmadı.
Ömrünün son günlərinə qədər xalqına, millətinə, dövlətinə ləyaqətlə xidmət edən, millətinin vəkili olan bu cür insan ömrünün 58 yaşında 1999- cu ilin dekabr ayının 14 – də vəfat etdi. Atamın doğum günü dekabr ayının 31-dir. Biz, yəni onun övladları və nəvələri, gəlinləri və yeznələri hər kəs dekabrın 14 – də onun amin gününü və 31 dekabr günündə ad gününü qeyd edirik. Və mən bilirəm ki, Atamın ruhu da həmin günlər bizimlə olur. Çünki artıq tibb elmində də ruhun insan bədənindən çıxması və fəzada olması öz təsdiqini tapıb. Mən şəxsən həmin günlər istər 2-ci fəxri xiyabanda Atamın qəbrini ziyarət edəndə, istərsə də evdə Atamın ruhuna Quran xətm olunandan sonra onun ruhu ilə danışıram. Və bilirəm ki, o məni eşidir. Atam – böyük pedaqoq-alim, Milli Məclisin deputatı Zakir Sərdarovun bu günlərdə ruhu şaddır. Çünki onun ən ümdə arzusu Qarabağın işğaldan azad olunması idi. Artıq bir ildir ki, Ali Baş Komandanımızın rəhbərliyi və Silahlı Qüvvələrimizin – rəşadətli ordumuzun döyüşkənliyi ilə torpaqlarımız erməni işğalından azad olunub. Bəli, “Qarabağ – Azərbaycandır “. Atamın ruhu şaddır, iki oğlu Vüqar və Vüsal onun həyat amalını davam edəcək, dövlətimizin və dövlətçiliyimizin keşiyində ayıq – sayıq durublar,  qızları da onun əqidəsinin davamçısı olublar. Böyük qızı Xatirə müəllimənin dərs deyib həyata pərvazlandırdığı şagirdlərin əksəriyyəti Vətən müharibəsinin iştirakçısı olub. Və axırda mən həkim qızı da döyüşdə yaralanan igid əsgərlərimizə öz yardımımı əsirgəməmişəm. Biz övladlar atamızın vətənpərvər və insanpərvər ruhunun daşıyıcılarıyıq.

Fərman Borçalı

Bu yazılara da göz atın...