Taekvondo üzrə Avropa çempionatında iştirak edəcək millinin heyəti açıqlanıb

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək taekvondo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycanın milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında Azərbaycanı 13 idmançı təmsil edəcək.

Belə ki, kişi taekvondoçulardan Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (-80 kq), Milad Hərçəqani (87 kq), və Radik İsaev (87 kq yuxarı) mübarizə aparacaq.

Qadınlardan Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Fatimə Məcidova (57 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaq.

Parataekvondo komandasının da heyəti bəllidir. Qitə çempionatına qatılacaq millinin baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (47 kq), Sabir Zeynalov (58 kq), Sadiq Həmidov (63 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) medallar uğrunda mübarizə aparacaq. Xatırladaq ki, paraetaekvondoçuların da Avropa çempionatı eyni məkanda keçiriləcək.

Çempionatda Azərbaycanı beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol və Ramal Camalov təmsil edəcək.

Mayın 17-də Mançester şəhərinə yollanacaq milli mayın 24-də Vətənə qayıdacaq.

Oxu.az

Bu yazılara da göz atın...