“Şamaxı”nı “Qəbələ”yə dəyişən braziliyalı yarımmüdafiəçi: “Əla futbolçu və məşqçi heyətimiz var” – MÜSAHİBƏ

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında qısamüddətli fasilə yaranıb. Geridə qalan 7 turda aktivinə 12 xal yazdıran “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Yay fasiləsində “Şamaxı”nı “Qəbələ”yə dəyişən braziliyalı yarımmüdafiəçi Felipe Santos bu matçların hamısında iştirak edib və 1 qola imza atıb. 25 yaşlı pleymeyker Sports.az saytına müsahibəsində performanslarını dəyərləndirib.

Həmin müsahibəni təqdim edirik:

– Misli Premyer Liqasının 7-ci turunda “Sumqayıt”ı erkən qolla məğlub etdiniz (1:0). Oyun ürəyinizcə oldu?

– Daha çox zehniyyətdən istifadə etdiyimiz oyun idi. Son matçlarda hücuma keçir, qol vururduq. Amma eyni zamanda özümüz də top buraxırdıq. Bu dəfə qələbə qazanmaq çox önəmli idi. Baxımlı futbol yox, nəticə vacib idi.

– Çox sayda qol imkanlarınız olsa da, dəyərləndirə bilmədiniz. Hücumda son nöqtəni qoya bilməyinizə nə mane olurdu?

– Şəxsən mənim “Sumqayıt”la qarşılaşmada qol vurmaqdan çox məhsuldar ötürmə vermək şansım çox oldu. İnanıram ki, növbəti oyunlarda qol gələcək.

– Futbolda “vurmayana vurarlar” prinsipi var. Son dəqiqələrdə bunun baş verməsindən qorxmurdunuz?

– Qorxduğumuz elə bu idi. Ən vacibi qələbə idi, bunu da bacardıq.

– “Sumqayıt”la oyuna qədər ardıcıl 3 matçda məğlub olmuşdunuz. Bu psixoloji gərginliyin artıq geridə qaldığını demək olar?

– Bəli, geridə qaldı. Bizim əla futbolçu və məşqçi heyətimiz var. İndi birinci dövrənin qarşıdakı son iki turuna diqqət yetirməyin vaxtıdır.

– Rövlan Muradovun qırmızı vərəqə aldığı epizodda, sizcə, hakim qərarında haqlı idi?

– Bu, qırmızı vərəqəlik hərəkət deyildi. Rövlan topa toxundu, rəqib isə sürüşdü. Buna görə də qırmızı vərəqə qərarı doğru deyildi.

– İlk 7 turda topladığınız 12 xalı sizin üçün uğurlu saymaq olar?

– Əslində, xeyr. Bütün matçlarda qələbə qazanmaq istəyirdik. Uduzduğumuz oyunlarda daha yaxşı idik, bunu hamı da gördü. Diqqət çatmırdı ki, bunlar detallardır. İnanıram ki, ikinci dövrədə daha yaxşı çıxış edəcəyik.

– Ötən mövsüm çempionatda 4-cü yeri tutmuşdunuz. Eyni nəticəni təkrarlamaq çətin olmayacaq?

– Bizim hədəfimiz turnir cədvəlində mümkün qədər irəliləməkdir. Təcrübəli və böyük oyunçulara sahibik. Çoxlarını təəccübləndirəcəyik.

Oxu.az

Bu yazılara da göz atın...