Qurban Qurbanovun çempionluq ŞƏRHİ: “Hamısı sanki kasıb uşaqlar idi, varlanmaq istədilər”

by admin

“Hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincliyik”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında çempion olmaları barədə deyib.

50 yaşlı mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm titula layiq olduğunu bildirib:

“İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm. Xoşbəxtəm. Hər şey əladır”.

O, futbolçularını qələbə münasibətilə təbrik edib:

“Mövsüm bitməsə də, layiqli çempionluq əldə etdik. Necə başladıqsa, eyni tempdə bitirdik. Bu mövsüm futbolçularımın böyüməsinə, inkişafına çox kömək etdi. Paltardəyişmə otağında bəzi futbolçuları ayrıca təbrik etdim. Onlar çempionluq yaşamamışdılar. Onların bu ada bizimlə yiyələnməsi məni çox sevindirdi. Azarkeşlərimizə, rəhbərliyə təşəkkür edirəm. Qarşıda xeyli oyunumuz var. Son 15 gündə ağır matçlar keçirdik. Bəzi oyunçularda yorğunluq hiss olunurdu. Bu gün çox yaxşı komandaya qarşı oynadıq. İstəkləri çox idi. Avrokuboklarda çıxış etmək istəyirlər. Hər bir halda uğur bizimlədir. Bütün “Qarabağ” camiəsini təbrik edirəm”.

Qurbanov Çempionlar Liqası ilə bağlı fikir bildirməyin tez olduğunu söyləyib:

“Qarşıda kubokun finalı da var. Amma turnirə daha rahat hazırlaşa biləcəyik. Biz istənilən yarışda ən yaxşı nəticə qazanmağa çalışırıq”.

Baş məşqçi qarşıdakı matçlarda da eyni istək və motivasiya oynayacaqlarını vurğulayıb:

Oxu.az

Bu yazılara da göz atın...