Qurban Qurbanov bu gün Oleq Romantsevə çata bilər

by admin

Postsovet məkanı klublarında ən çox çempionluq yaşayan baş məşqçilərin siyahısı açıqlanıb.

Oxu.Az xəbər verir ki, ən azı beş titul sahibi olan məşqçilərin siyahısında “Top-10”da Qurban Qurbanov da yer alıb.

“Qarabağ”la yeddi dəfə çempion olan mütəxəssis keçmiş SSRİ ölkələri arasında 4-cüdür. O, “Qəbələ”nin sabiq ukraynalı baş məşqçisi Roman Qriqorçukla şərikdir. Bu gün “Qarabağ”la səkkizinci çempionluğunu reallaşdırmağa yaxın olan Q. Qurbanov rusiyalı Oleq Romantsevə də çatacaq.

1. Aleksandr Starkov (Latviya) – 12
2. Mirça Luçesku (Rumıniya) – 9
3. Oleq Romantsev (Rusiya) – 8
4. Qurban Qurbanov (Azərbaycan) – 7
4. Roman Qriqorçuk (Ukrayna) – 7
6. Viktor Qonçarenko (Belarus) – 6
7. David Kipiani (Gürcüstan) – 5
7. Yuri Sarkisyan (Ermənistan) – 5
7. Valdas Urbonas (Litva) – 5
7. Vardan Minasyan (Ermənistan) – 5

Qeyd edək ki, Roman Qrirorçuk “Şaxtyor”la (Belarus) bir, “Astana” (Qazaxıstan) ilə iki, “Çernomorets”lə (Ukrayna) bir və “Ventspils”lə (Latviya) üç dəfə çempion olub.

Oxu.az

Bu yazılara da göz atın...