“Qarabağ”ın keçmiş qapıçısı: “Oyuna çağırılan heç bir futbolçu Rusiyaya getməyəcək”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bosniya və Herseqovina millisinin hazırkı və “Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiç Rusiya ilə yoldaşlıq oyununa qarşı çıxıb.

“Düzünü desəm, Millətlər Liqasında həlledici oyundan iki həftə əvvəl bizə bu oyunun həvalə edildiyinə inana bilmirəm (söhbət Monteneqro ilə noyabrın 23-nə planlaşdırılan oyundan gedir – red.). Bütün diqqətimizi Monteneqro ilə oyuna yönəltmək əvəzinə inanılmaz vəziyyətlə üzləşmişik.

Düzü, özümü bərbad hiss edirəm. Bu qərarı verərkən futbol haqqında düşünməyiblər. Kimsə sadəcə olaraq ziddiyyətli davranmaq istəyib. Çox heyif…”, – deyə Şehiç qeyd edib.

“Sizi inandırım ki, matça dəvət alan bir futbolçu belə Rusiyaya getməyəcək. Hətta birimiz bunu etmək istəsəydik belə, klublar buna icazə verməzdi. Çünki klublar yoldaşlıq oyunlarına futbolçu göndərmək məcburiyyətində deyillər. Xüsusilə də nəzərə alsaq ki, nə FİFA, nə də UEFA Rusiyada təhlükəsizliyə zəmanət verə bilməz”, – deyə qapıçı bildirib.

Mənbə: Sports.ru

Oxu.az

Bu yazılara da göz atın...