“Neftçi” “Səbail”ə qalib gələrək liderliyə yüksəldi

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Oxu.Az-ın məlumatına görə, “Neftçi” “Asco Arena”da “Səbail”in qonağı olub. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Neftçi” ilk pilləyə yüksəlib. 5 xalı olan “dənizçilər” isə 7-ci sırada qalıb.

Turun açılış matçında “Sabah” evdə “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sentyabrın 17-də “Qəbələ” – “Sumqayıt” oyunu, bir gün sonra isə “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” matçları baş tutacaq.

Oxu.az

Bu yazılara da göz atın...