Mahir Emreli “Ludoqorets”lə oyunda iştirak edə bilər

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Xorvatiya çempionatın son turunda “İstra”ya vurduğu qoldan sonra ağrı hiss edən Mahir Emrelinin zədəsinin ciddi olmadığı aydınlaşıb.

Sports.az xəbər verir ki, bu gün MRT-yə düşən millimizin futbolçusunu klub həkimləri müayinə edəndən sonra onun Bolqarıstanda keçiriləcək Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Ludoqorets”lə səfər oyununda iştirak edə biləcəyi qənaətinə gəliblər.

Hazırda Zaqrebdə olan Mahir Emrelinin Bolqarıstana getməyinə qərar verilib. Çətin səfər qarşılaşmasında klubunun ona ehtiyacı olduğu bildirilib.

Mahirin oyunlarda iştirak etməsi ilə paralel olaraq müalicəsinə də davam edəcəyi bildirilib.

Qeyd edək ki, futbolçumuzun adı “Ludoqorets”lə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Oxu.az

Bu yazılara da göz atın...