Mahir Emreli: “Fikir bildirmək hələ tezdir”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Zaqreb “Dinamo”sunun Xorvatiya çempionatının 3-cü turunda “İstra 1961”i məğlub etditi oyunun 81-ci dəqiqəsində meydana daxil olaraq 88-ci dəqiqədə gözəl qola imza atan Mahir Emreli Sports.az-a açıqlama verib.

Zədədən yeni sağalan milli komandamızın furbolçusu əvvəlki ilə müqayisədə özünü daha yaxşı hiss etdiyini bildirib: 

“Həkimlərin nəzarəti ilə məşqlərə qatılırdım, bu gün də oyuna çıxdım. Özümü əvvəlkinə baxanda daha yaxşı hiss edirəm”. 

Milli futbolçu Çempionlar Liqasında keçmiş komandası “Qarabağ”la görüşmək ehtimalları haqda isə bunu deyib: 

“Sözün açığı, bu barədə fikir bildirmək tezdir. Çünki, öncə həm “Qarabağ”ı, həm bizi qarşıda çox ağır oyunlar gözləyir. Püşk “Qarabağ”ı “Ferentsvaroş” kimi çox güclü komandayla qarşılaşdırdı. Eləcə də bizi ciddi rəqib gözləyir. Çalışacağıq ki, bu mərhələni də adlayaq. İnanıram ki, həm biz, həm də “Qarabağ” bunu bacaracağıq. “Qarabağ”a da uğurlar arzulayıram. Təbii ki, hər zaman onları da dəstəkləyirəm”.

Oxu.az

Bu yazılara da göz atın...