Kevin de Brüyne Stiven Cerrarda çatdı: Rekorda isə çox var

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne “Liverpul”un sabiq kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.

“Report”un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi buna “Vulverhempton”u 3:0 hesabı ilə məğlub etdikləri VIII tur oyununda müvəffəq olub.

Belçikalı oyunçu matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli yarımmüdafiəçi Premyer Liqada assistlərin sayını 92-yə yüksəldib.

Stiven Cerrard 504, Kevin de Brüyne isə 287 qarşılaşmada bu göstəriciyə çatıb.

Qeyd edək ki, Premyer Liqada assist rekordu “Mançester Yunayted”in keçmiş oyunçusu Rayan Giqqzə məxsusdur. O, 162 dəfə komanda yoldaşlarına qol vurmaq üçün şərait yaradıb.

Oxu.az

Bu yazılara da göz atın...