İslamiada: Elmar Qasımov gümüş medal qazandı – YENİLƏNİB

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Konya V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən cüdoçumuz Elmar Qasımov (-100 kq) gümüş medal qazandı. 

İdmançımız finalda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevə finalda məğlub olub.

14:48

Azərbaycan cüdoçusu Elmar Qasımov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Mərt Şişmanlara qalib gəlib.

Qasımov qızıl medal uğrunda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevlə görüşəcək.

10:08

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 12-ci günə start veriləcək.

“Report”un xəbərinə görə, bu gün Azərbaycan 7 idman növündə təmsil olunacaq.

Bu gün Azərbaycanın 24 kikboksçusu mübarizəyə qoşulacaq. Azərbaycanın futbol millisi isə üçüncülük uğrunda matçda Əlcəzairlə oynayacaq.

Stend atıcılığı (skit, qarışıq komanda)

10:00. Cavid Həsənov və Nurlana Cəfərova cütlüyü

Kamandan oxatma

10:00. Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Svetlana Simonova, Nəzrin Zamanova

Cüdo

11:00. Zəlim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq)

Üzgüçülük

11:00. Nihad Yusifov (50 metr arxası üstə üzmə), Ramil Vəlizadə, Əbdürəhman Rüstəmov (hər ikisi 200 metr batterflay üsulu ilə üzmə), Aysel Səfərova, Fatimə Alkərəmova (hər ikisi 200 metr sərbəst üsulla üzmə)

Kikboksinq

11:00. Lou-kik: Nihad Tağızadə (51 kq), Mahmud Hüseynov (54 kq), Anar Məmmədov (57 kq), Qiyas Şahmərdanov (60 kq), Arzuman Qədimov (63,5 kq), Qəşəm Məmmədov (67 kq), Rəhim Əliyev (71 kq), Ramal Aslanov (75 kq), Elcan Alkişiyev (81 kq), Bəybala Quliyev (86 kq), Bəhram Rəcəbzadə (+91 kq), Fəridə Abdullayeva (52 kq), Aysu Devrişova (56 kq), Tülün Ələkbərova (60 kq), Esmira Məmmədova (65 kq); Full-kontakt: Amil Məmmədov (51 kq), Camal Məmmədov (54 kq), Ramiz Məmmədov (60 kq), Fərid Ağamoğlanov (63,5 kq), Pərvin Heydərov (67 kq), Elxan Əliyev (71 kq), Saqi Salehli (75 kq), Elvin Ağayev (86 kq), Surət Qarayev (91 kq)

Futbol (3-cü yer uğrunda oyun)

15:00. Azərbaycan – Əlcəzair

3×3 basketbol (qadınlar, 1/4 final)

21:00. Azərbaycan – Qətər.

Oxu.az

Bu yazılara da göz atın...