Gənc soydaşımız nüfuzlu şahmat turnirinin birincisi olub – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Rumıniyada keçirilən “ARAD Open–2022” XV beynəlxalq şahmat turnirində Trinidad və Tobaqo Respublikasını təmsil edən soydaşımız Alan-Safar Ramutar qələbə qazanıb. 

Turnirə qalibiyyətlə başlayan istedadlı şahmatçı ilk oyununda rumıniyalı rəqibini məğlub edib. Isveçrə formatında 9 raunddan ibarət turnir boyu liderlər sırasında yer alaraq yarışda birinci yeri tutub.  

Alan-Safar Ramutar 2003-cü ildə Tobaqo və Trinidad Respublikasında anadan olub. O uzun illərdir Tobaqo və Trinidad Respublikasında yaşayan azərbaycanlı yazıçı Emiliya Əhmədovanın oğludur. 12 yaşından şahmat oynamağa başlayan soydaşımız hazırda beynəlxalq qrossmeyster kimi Dünya Şahmat Federasiyasının (FİDE) Trinidad və Tobaqo Respublikası üzrə reytinq cədvəlinə başçılıq edir.  

Diasporla İş üzrə Dövlət Komitəsi nüfuzlu turnirdə qələbə qazanması münasibətilə Alan-Safar Ramutarı və valideynlərini təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayır. 

Oxu.az

Bu yazılara da göz atın...