Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç sərbəst güləşçisi çıxış edəcək

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bu gün Azərbaycanın daha üç sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatna görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində Kim Sonqvonla (Cənubi Koreya) üz-üzə gələcək.

74 kq-da Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan) sınağa çəkəcək.

92 kq-da yarışan Osman Nurməhəmmədov isə 1/8 finalda Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.

Oxu.az

Bu yazılara da göz atın...