Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəldi – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, çoxnövçülükdə mübarizə aparan Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Daria Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv beş halqa ilə hərəkətlərdə 30.000 xal, üç lent və iki topla kompozisiyada isə 29.250 xal toplayıb.

İki hərəkətin cəmində hakimlərdən 59,250 xal alan kollektiv təsnifat mərhələsində 9-cu yeri tutaraq, finala yüksəlib. Komanda lent və toplarla hərəkətlərdə də həlledici raunda vəsiqə qazanıb.

Zöhrə Ağamirova isə lent və halqa ilə hərəkətlərin cəmində finala çıxıb.

Oxu.az

Bu yazılara da göz atın...