Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Oxu.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Niderland PSV-si Monakoda eyniadlı komanda ilə, Şotlandiya “Reyncers”i Belçikada “Yunion” ilə, Danimarka “Midtüllan”ı isə Portuqaliyada “Benfika” ilə üz-üzə gəlib.

Monakodakı matçda minimal hesablı heç-heçə (1:1) qeydə alınıb. “Yunion” rəqibinin qapısından iki cavabsız top keçirib (2:0). “Benfika” isə darmadağınla yadda qalıb (4:1).

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

“Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) 1:2

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:2

“Monako” (Fransa) – PSV (Niderland) 1:1

“Yunion” (Belçika) – “Reyncers” (Şotlandiya) 2:0

“Benfika” (Portuqaliya) – “Midtüllann” (Danimarka) 4:1

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin digər beş oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Bakıda Macarıstan “Ferentsvaroş”unu qəbul edəcək.

Oxu.az

Bu yazılara da göz atın...