Çempionlar Liqası: “Real” Madriddə “Siti”dən revanş almaq istəyir

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, Madriddə “Real” yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək.

Santyaqo Bernabeu adına stadionundakı matç çox maraqla gözlənilir. Çünki komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb. Artıq İspaniya çempionluğunu təmin etmiş “Real” bu mövsüm ikinci böyük titula sahib olmaq üçün iki top fərqi ilə qalib gəlməlidir. Bu oyun öncəsi qonaqların dörd müdafiəçisi meydana çıxmaya bilər.

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

4 may

23:00 “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid. Santyaqo Bernabeu adına stadion

İlk oyun – 3:4

Oynamayacaqlar: Qaret Beyl, Eden Azar (hər ikisi “Real”), Benjamen Mendi, Kayl Volker (hər ikisi “Mançester Siti”)

Oynamaları sual altında olanlar: David Alaba (“Real”), Natan Ake, Con Stounz (hər ikisi “Mançester Siti”)

Qeyd edək ki, finala çıxan komanda mayın 28-də “Liverpul”la qarşılaşacaq. Final Fransanın paytaxtı Parisin Sen-Deni bölgəsində yerləşən “Stad de Frans”da baş tutacaq.

Oxu.az

Bu yazılara da göz atın...