Çempionlar Liqası: “Liverpul”un finaldakı rəqibi Madrid “Real”ı oldu – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, Madrid “Real”ı yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” klubunu qəbul edib.

Santyaqo Bernabeu adına stadionda baş tutan matç öz gərginliyi ilə komandalar arasında Mançesterdə keçirilmiş və “şəhərlilər”in 4:3 hesabı ilə qələbə qazandıqları ilk oyundan heç də geri qalmayıb.

Artıq İspaniya çempionluğunu təmin etmiş “Real” bu mövsüm ikinci böyük titula doğru irəliləmək üçün iki top fərqi ilə qalib gəlməli idi və “Kral klubu” əlavə vaxtda da olsa, bu vəzifənin öhdəsindən gələ bilib – 3:1.

Qeyd edək ki, mayın 28-də Çempionlar Liqasının həlledici qarşılaşmasında “Real” “Liverpul”la qarşılaşacaq. Final Fransanın paytaxtı Parisin Sen-Deni bölgəsində yerləşən “Stad de Frans”da baş tutacaq.

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:1

İlk oyun – 3:4

 

Oxu.az

Bu yazılara da göz atın...