Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu – YENİLƏNİB

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Talıbov finalda ukraynalı İvan Kutenkova qalib gəlib.

16:56

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, 90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Vüqar Talıbov latviyalı Maksim Duynov ilə üz-üzə gəlib. O, rəqibinə ipponla qalib gələrək, növbəti mərhələdə israilli İnbay Qabaya rəqib olub.

Eyni çəkidəki İsmayıl Zamanov slovakiyalı Aleks Maruşkanı üstələməyi bacarıb. 1/8 finalda rəqib finlandiyalı Artur Kanevets olacaq.

100 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Nəsirli 1/8 finalda avstriyalı Hubert İllmeri yenib. O, növbəti mərhələdə niderlandlı Silvan Bultuislə üz-üzə gələcək.

100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda moldovalı Alin Baqrinə uduzaraq, mübarizəni dayandırıb.

Eyni aqibətlə qızların yarışında 78 kq-da yer alan Nərmin Əmirli də üzləşib. Əmirli 1/8 finalda israilli Yuli Alma Mişinerə yenilib.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.

Oxu.az

Bu yazılara da göz atın...