Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi” – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Avropa çempionatında əsas hədəfim qızıl medal qazanmaq idi. Komanda hesabında bürünc medal qazandıq. Buna çox sevinirəm”.

Bunları Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov “Report”a açıqlamasında deyib.

90 kq çəki dərəcəsində çıxış edən idmançı qarşıdakı planlarından da danışıb.

“Hədəflər, əslində, çoxdur. Qarşıda böyük dəbilqə turnirləri var. Amma əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Məqsədim həmin oyunlarda qalib olmaqdır”, – V.Talıbov əlavə edib.

78 kq-da çıxış edən qadın cüdoçu Nərmin Əmirli qarışıq komanda yarışında bürünc medal qazandıqları üçün çox sevindiyini söyləyib:

“Bu, çox gözəl hissdir. Komandama çox sağ ol deyirəm. Qızlar fərdi yarışda medal qazana bilmədilər. Amma yığma bizi sevindirdi. Burada hamının əziyyəti oldu. Məşqçilərimizə yanımızda olduqları üçün təşəkkür edirəm”.

Oxu.az

Bu yazılara da göz atın...