Azərbaycanın basketbol millisi Avropa çempionatında bürünc medal qazanıb

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının C Divizionunda 3-cü yer uğrunda görüşə çıxıb.

“Report”un məlumatına görə, rəqib Lüksemburq yığması olub.

Görüşün ilk və üçüncü hissəsində 20:16 və 19:16 hesablı üstünlük qazanan Azərbaycan yığması ikinci hissədə heç-heçə edib – 18:18. Dördüncü hissədə isə Lüksemburq təşəbbüsə yiyələnərək, 17:7 hesablı üstünlüklə ümumi nəticəni bərabərləşdirib – 64:64. Görüşün taleyi əlavə hissədə həll olunub. Bu bölümdə 14:9 hesabı ilə üstün olan Azərbaycan millisi yekunda 78:73 hesablı qələbə ilə bürünc medala yiyələnib.

Qeyd edək ki, Tahir Baxşıyev və Anar Sarıyevin baş məşqçi olduğu kollektiv qrup mərhələsində Lüksemburq (75:71), Cəbəllütariq (115:60), Ermənistan (76:65) və Moldovaya (75:66) qalib gəlsə də, yarımfinalda Albaniyaya (56:76) uduzub.

Finalda Monako və Albaniya yığmaları qarşılaşacaq.

Oxu.az

Bu yazılara da göz atın...