“Arxanda səni sevən azarkeşlərin olduğunu görəndə…” – Qodsvey Donyo

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Neftçi”nin “Aris”i darmadağın etdiyi oyunda Qodsvey Donyonun vurduğu baxımlı qol işə yaradı. Məhz həmin topdan sonra hamı mərhələ adlamağın “qoxusunu hiss etməyə” başladı. 

Ümumiyyətlə, qanalı hücumçu meydanda ən yaxşılardan idi. Start fitindən oyunun sonunacan dayanmadan pressinq edən, boş zonalara “açılan”, daim top istəyən futbolçu yorulmaq bilmirdi. 

“Neftçi” azarkeşləri önündə ilk matçına çıxıb, ilk rəsmi qola imza atan Donyo matç başa çatandan sonra tribunadakıların alqışını qazandı. 

“11 nömrə” Sports.az-a verdiyi müsahibədə oyunla və digər maraqlı məqamlarla bağlı suallara ayındlıq gətirdi. 

– Bakıda, “Neftçi” azarkeşlərinin önündə ilk oyuna çıxıb ilk qolunu vurdun. Təəssüratların necədir? 

– Əlbəttə, möhtəşəm hisslərdir. Qol vurmaq yaxşıdır, amma məni daha çox komandamın mərhələni keçməsi maraqlandırırdı. Oyuna kollektiv olaraq çox yaxşı hazırlaşmışdıq. Nəyin bahasına olur-olsun mərhələni adlamalıydıq. Bunu bacardığımıza, möhtəşəm azarkeşlərimizi sevindirdiyimizə görə çox sevindim. Onlar 90 dəqiqə boyunca bizə verdikləri əlavə enerji ilə qələbəmizdə böyük pay sahibi oldular. Meydanda top dalınca qaçanda və arxanda səni sevən azarkeşlərin olduğunu görəndə, yorğunluğun çıxır, daha çox güc alırsan. Bu, hələ son deyil. Bacardıqca irəli getmək üçün var qüvvəmizlə çalışacağıq. Səhvlərdən nəticə çıxarıb gücümüzü artırmalıyıq. 

– Daha öncə İsveç, Danimarka, İsrail kimi ölkələrdə çıxış etmisən. “Neftçi” azarkeşlərinin özəlliyi nədən ibarətdir? 

– Oynadığım bütün komandalarda hər zaman azarkeşlərdən dəstək görmüşəm. Mənim üçün əsl azarkeş daim pozitiv düşünən, yaxşıya ümid edən və çətin anlarda komandanın yanında olmağı bacarandır. “Neftçi” azarkeşləri “Aris”lə matçda bunu göstərdi. İlk oyunda məğlubiyyətə baxmayaraq, stadiona gəlib dəstəklərini əsirgəmədilər. Diqqətimi çəkən məqam, ilk qolu 38-ci dəqiqədə vurana qədər azarkeşlər 1 dəqiqə dayanmadı. Hədsiz enerjili və inamlı görünürdülər. 

– Limassoldakı yenilgidən sonra yəqin ki, “Bakcell Arena”da bu cür ab-hava olacağını düşünmürdün. 

– Açığı, belə olacağını təsəvvür etmişdim. Çünki bura gəldiyim ilk vaxtlarda “Neftçi”nin ölkədə kifayət qədər sevildiyini və böyük azarkeş kütləsinə sahib olduğunu eşitmişdim. “Aris”lə Bakıdakı matçdan əvvəl azarkeşlər məşq etdiyimiz məkana gəlmişdi. Bizimlə qardaş kimi davranaraq ürək sözlərini demişdilər. Orada gözəl bir cümlə işlədildi. Dedilər ki, “bizi qələbə yox, meydandakı döyüş maraqlandırır”. Bu, böyük məna daşıyırdı. Bilirlər ki, döyüş və mübarizə olan yerdə qələbə də olur. Ona görə də oyun günü stadionda əla atmosfer yaşanacağını hiss etmişdim. 

– Vurduğun qol kifayət qədər baxımlı alındı. Texnikan hesabına rəqibin cüssəli və keçilməz görünən müdafiəçisi Delnironu yerə sərib qapıçıya şans yeri qoymadın. Həmin anı necə xatırlayırsan? 

– Delniro kimi fiziki hazırlığı yüksək olan müdafiəçilərə qarşı yaxın oynamaq çətindir, bacardıqca uzaq durmalısan. O tip müdafiəçilər sənə top qəbul etməyə imkan vermir, yaxud topu qəbul etsən belə, dönüb onu keçməyin çətin olur. Ən yaxşı üsul üzbəüz gəlib, texnikan və sürətin hesabına keçməkdir. Oyunboyu boş zona axtarırdım ki, təkbətək vəziyyətdən qalib ayrılım. Və onu keçəcəyimə əmin idim. Həmin imkanı yaxalayın lazım olan qolu vurdum. 

– Bakı, buradakı insanlar, mentalitet – hamısı sənin üçün yenidir. Öyrəşə bilirsən? 

– (gülür) Bakıya ilk gəldiyim günlərin birində şəhərdə dostlarımla gəzirdik. Baxıram ki, insanlar mənə baxıb gülür, gülümsəyir. Düşündüm ki, yəqin, saçlarımın forması qeyri-adidir deyə, adamlar təəccüblənir. Sonra buna əmin oldum ki, “problem” saç düzümümdədir (gülür). 

O ki qaldı şəhərə və insanlara, mənim üçün çox xoşdur. Bakı kifayət qədər təmiz, işıqlı və böyük şəhərdir. İnsanları ilə qayğıkeş və gülərüzdür. 

– “Aris” səddi keçilsə də, qarşıdan “Rapid”lə oyunlar gəlir, üstəlik, Premyer Liqa start götürür. Hazırsınız? 

– Yaxşı futbolçulardan təşkil olunmuş güclü heyətimiz var. Bunun faydasını mütləq görəcəyik. Amma bu dəqiqə 100 faiz hazır olmağımız mümkün deyil. Özünüz də bilirsiniz ki, komandaya 6 yeni futbolçu qoşulub, məşqçilər heyəti yenilənib. Birlikdə cəmi ayyarım vaxt keçirmişik. Tam hazır olmaq üçünsə müəyyən zaman lazımdır. Hazırda bacardığımızın ən yaxşısını etməyə çalışırıq. Amma əminəm ki, azarkeşlər oyundan-oyuna daha güclü və maraqlı “Neftçi” görəcək.

Oxu.az

Bu yazılara da göz atın...