Ali Koç: “Fənərbaxça” 2023-2024 mövsümündən etibarən 5 ulduzlu forma ilə oynayacaq”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Fənərbaxça” 2023-2024-cü illər mövsümü üçün geyim formasında gerbin üzərinə 5 ulduz həkk edəcək.

Bununla bağlı klub prezidenti Ali Koç açıqlama verib.

“2023-24-cü il mövsümündən etibarən gerbimizə 5 ulduz qoyacağıq. Nə etsəniz də, qoyacağıq. Bu mövsüm sizə mesaj olaraq 3 ulduzu sildik. Amma anlamırsınız. Bu faktı hər yerdə açıqlayacağıq. Bizi çempion edən bütün idmançılara borcluyuq. Sivil şəkildə müraciət etdik. Tələsmirik dedik. Amma siz bununla bağlı heç bir iş görməmisiniz. Ayıb olsun.

Bu gün bunu deyirəm, TFF-nin haqq-ədalətlə heç bir əlaqəsi olmadığı aydın olsa da, ədalətsizlərdən ədalət gözləməklə itirəcəyimiz bir gün yoxdur”, – deyə Koç bildirib. 

Qeyd edək ki, Türkiyədə klubların çempionluq sayları 1959-cu ildə Superliqa yaradılandan sonra hesablanır. Bu müddətdə isə İstanbul klubu 19 çempionluq əldə edib. Ənənəyə əsasən, hər beş çempionluğa görə klublar gerblərinin üzərinə bir ulduz əlavə edirlər.

Mənbə: Ajansspor.com

Oxu.az

Bu yazılara da göz atın...