“Ağ-qaralar”ın yarımmüdafiəçi: “Qara Qarayev Azərbaycanda nömrə birdir” – MÜSAHİBƏ + FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Neftçi”nin son illər uğurlu çıxış etməsində Emin Mahmudovun böyük rolu var. Rusiya futbolunun yetirməsi olan 30 yaşlı yarımmüdafiəçi təcrübəsi hesabına “ağ-qaralar”ı arxasınca aparmağı bacarır. Sərgilədiyi oyun, vurduğu qollar və verdiyi ötürmələrlə liderlik xüsusiyyətlərini ortaya qoyan Mahmudov hazırda millinin də əsas fiqurlarından hesab olunur.

Yığmanın Slovakiya və Qazaxıstanla oyunları ərəfəsində, həmçinin çempionatda yaranmış fasilə dönəmində təcrübəli yarımmüdafiəçi Sports.az-ın suallarını cavablandırıb. 

– “Neftçi” qələbələri sıraladığı anda araya millilərin oyunları girdi. Səncə, fasilə komandanın xeyrinə olacaq? 

– Fikrimcə, xeyrimizə olacaq. Heyətimiz elə də geniş deyil. Zədəli futbolçularımız var. İallah, fasilə dönəmində zədələrini sağaldıb sıraya dönərlər. 

– Yayda “Neftçi”yə yeni baş məşqçi təyin olundu, üstəlik, komandanın demək olar yarısı dəyişdi. Avrokubok matçlarında yenilənmə müəyyən mənada özünü göstərirdi. Artıq sanki işlər qaydasında gedir. 

– Sözsüz, yaydakı oyunlara nisbətən indi futbolçular bir-birini daha yaxşı başa düşür. Avrokuboklar zamanı komanda 15-20 gün idi yığışmışdı, yeni gələnlər uyğunlaşma problemi yaşayırdı. Açığı, baş məşqçinin istədiklərini də tam verə bilmirdik. İndi vəziyyət yaxşıya doğru dəyişib, meydanda qarşılıqlı anlaşma var. Uğur qazanmaq istəyiriksə, daha çox işləməliyik. 

– Oktyabrın 1-də kifayət qədər yaxşı formada olan, cari mövsümün çempionu adına əsas namizəd göstərilən “Qarabağ”a qarşı oynayacaqsız. Azarkeşlər bu matçda “Neftçi”dən nə gözləsin? 

– Düz qeyd etdiniz, “Qarabağ” hazırda çox yaxşı formadadır. Rəqibin gücünü və nəyə qadir olduğunu yaxşı bilirik. Tək Azərbaycanda yox, Avropada da uğurlu nəticələr qazanırlar. Komandada həyəcan olduğunu deməzdim. “Qarabağ”a qarşı oynamağı sevirəm. Həm oyun maraqlı alınır, həm də ajiotaj böyük olur. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq.

– Real danışsaq, bu mövsümün sonunda “Neftçi”nin çempion olması inandırıcı görünür? 

– İndidən çempionatın necə bitəcəyini düşünmürük. Bunu doğru hesab etmirəm. Mövsüm yeni başlayıb, qarşıda bizi xeyli oyun gözləyir. Bu dəqiqə bütün diqqətimiz “Qarabağ”la matçadır. 

– Premyer Liqada komanda sayı 10-a yüksəldi. Əvvəlki mövsümlərlə müqayisədə irəliləyiş hiss olunur? 

– Əlbəttə, həm də çox. “Turan Tovuz” kimi əzmkar komanda gəlib çempionata. Necə oynadıqlarını, necə mübarizə apardıqlarını görürük. Heyf “Kəpəz” Gəncədə çıxış edə bilmir, öz azarkeşlərinin qarşısında oynayandan sonra maraq daha da artacaq. Çempionatın ümumi mənzərəsinin çox yaxşı olduğunu düşünürəm. 

– Canni de Byazi millinin heyətini açıqladı. Hər kəsin təəccübünə səbəb olan məqam yaxın dostun Qara Qarayevin toplanışdan kənarda qalmasıdır. Bu, sənin üçün nə dərəcədə gözlənilməz oldu? 

– Qaranın bizimlə birlikdə olacağını düşünürdüm və buna şübhə etmirdim. O, mənim üçün Azərbaycanda dayaq yarımmüdafiəçisi kimi “bir nömrə”dir. Amma baş məşqçi fərqli qərar qəbul etdi. Məşqçinin seçimidir, nəsə deməyim doğru olmaz. Bizim işimiz meydanda üzərimizə düşən işi yerinə yetirməkdir. 

– Milli sentyabrın 22-si səfərdə Slovakiya, 25-i isə Bakıda Qazaxıstana qarşı oynayacaq. Hazırda italiyalı məşqçinin sərəncamında kifayət qədər bacarıqlı və mütəmadi oyun şansı qazanan futbolçular var. Yığmadan əlini üzən azarkeşlərə nə deyə bilərsən? 

– Uğurlu nəticə qazanmağı bəlkə də hamıdan çox biz istəyirik və daim bunun üçün mübarizə aparırıq. Bir onu bilirəm ki, komandada çox yaxşı motivasiya olacaq. Bu 2 görüşdən sevindirici nəticələrlə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. 

– Ötən il Namiq Ələsgərov və Mahir Emreli kimi rəqiblərinin olmasına baxmayaraq, ölkənin ən yaxşı futbolçusu seçildin. Bu il sanki çıxışında müəyyən eniş yaşanır. Razısan?

– Bəli, 2021-ci ildə göstəricilərim çox yaxşı idi. Həm millidə qollar vurmuşdum, həm avorkuboklarda, həm də çempionatda. Davamını gətirmək üçün durmadan çalışıram. Ötən ildəkindən də yaxşı olmaq istəyirəm. Bəzi oyunlarda alınır, bəzilərində yox.

Oxu.az

Bu yazılara da göz atın...