Tünzalə AŞİQ OLDU: “İkinci baharımı yaşayıram”

by xeberleraz
“Hər bir insanın nəyə ehtiyacı varsa, mənim də ona ehtiyacım var. Sevgiyə də ehtiyacım var. Qadın bir çiçəkdir, ağacdır. Onun hər zaman bəslənməyə ehtiyacı var”.
XEBERLERAZ.COM xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Günün sədası” proqramında deyib. Müğənni sevgi yaşadığını etiraf edib.
“Bəhram Bağırzadə mənə deyir ki, sənə nə olub, aşiq olmusan? Deyirəm, hə…” deyə, Tünzalə bildirib.
Müğənni “Tünzalə Ağayevanın sevdiyi insan kimdir? İkinci baharınızı yaşayırsınız” sualına belə cavab verib:
“Mənim bunu söyləməməyə böyük haqqım var. Mənə görə desəm, heç nə dəyişməyəcək. Adını çəkməyəcəm. Hamının həyatında normal dəyərlərdir. İnsan öz ailə məqamlarını, münasibətini açıb göstərməyi və ya göstərməməyi özü seçir. Mənə belə rahatdı, istəməmişəm ailə mövzuları üzərində piarım getsin. “O, filankəsdir, adı, yaşı budur” deməmişəm. 20 ildir demədim, deməyəcəm də… Şəxsi həyatımda xoşbəxtəm. İkinci baharımı yaşayıram”. (moderator.az)

Bu yazılara da göz atın...