Home SOSİAL MEDİA XƏBƏRDARLIQ: Göndərilən linkləri açmayın!

XƏBƏRDARLIQ: Göndərilən linkləri açmayın!

by admin
4 views

Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur.

KAİM.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə texnobloger, “Tavuş Bot”un yaradıcısı Fərid Pərdəşünas paylaşım edib.

“Bu, hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin linkləri və kodları sosial mediada, yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin, ya da görməzdən gəlin”, – deyə mütəxəssis xəbərdarlıq edib.

Qeyd edək ki, oxşar kampaniya hazırda Vatsap mesajlaşma tərbiqində sürətlə yayılır.

Sosial media istifadəçilərinə göndərilən linkləri açmamağı və ya paylaşmamağı məsləhət görürük.

Bu yazılara da göz atın...