Home SOSİAL MEDİA DİQQƏT! “WhatsApp”ın gizlilik şərtini qəbul etməyənlərin NƏZƏRİNƏ

DİQQƏT! “WhatsApp”ın gizlilik şərtini qəbul etməyənlərin NƏZƏRİNƏ

by admin
1 views

Yanvar ayında istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsinin təsdiqlənmə tarixini mayın 15-dək uzadan “WhatsApp” məsələ ilə bağlı yeni açıqlama verib.

KAİM.az-ın xəbərinə görə, “WhatsApp”ın istifadəçilərə təqdim etdiyi gizlilik müqaviləsini qəbul etməyənlərin hər hansı sanksiya ilə üz-üzə qalmayacağı deyilib.

Qeyd olunub ki, “WhatsApp”ın bu qərarı almasında istifadəçi sayındakı azalma və bir sıra hökumətlərin buna qarşı çıxmasının böyük təsiri olub.

“Bir sıra rəsmilər və gizlilik mütəxəssisləri ilə maparılan son müzakirələrə baxsaq, hazırda yeniliyi hələlik qəbul etməmiş istifadəçilərə qarşı hər hansı məhdudiyyət planımız olmadığını açıq şəkildə bildirmək istəyirik”, – şirkətdən qeyd olunub.

O da əlavə olunub ki, müxtəlif vaxtlarda şirkət istifadəçilərə yeniliklə bağlı xatırlatma edəcək.

Bu yazılara da göz atın...