“Zerkalnı” nömrəli “Prado”nun sürücüsü yol polisinin qarşısında qaydaları heçə saydı – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bakı şəhərində sürücü qaydaları kobud şəkildə pozub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, 10-MM-100 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin sürücüsü Dövlət Yol Polisi İdarəsinin əməkdaşının yanında 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, qarşı hərəkət zolağına çıxıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, yayılan video ilə bağlı tədbir görülüb:

“Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsi ilə 100 manat 4 bal cərimə olunub”.

İlhamə Əbülfət

Oxu.az

Bu yazılara da göz atın...