Zaqatalada nömrəsiz avtomobil idarə edənlər cərimələnib

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində nəzarət-yoxlama tədbirləri keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri saxlanılıb. Yoxlama zamanı həmin sürücülərin yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozduqları və məsuliyyətdən yayınmaq məqsədilə dövlət nömrə nişanını avtomobilin üzərindən çıxartdıqları müəyyən olunub.

Yol polisi əməkdaşları tərəfindən qanunvericiliyin tələblərini onlara izah edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.

Oxu.az

Bu yazılara da göz atın...