Xaçmazda “VAZ-2106” traktora çırpılıb, xəsarət alanlar var

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Xaçmazda baş verən yol qəzası zamanı 2 nəfər xəsarət alıb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-2106” markalı avtomobilin qoşqulu traktora çırpılması nəticəsində rayonun Nərəcan kənd sakinləri – 1995-ci il təvəllüdlü Elnur Xəzər oğlu Mirzəyev və onun sərnişini 1999-cu il təvəllüdlü Nazir Şafiq oglu Həsənov müxtəlif xəsarətlər alıblar.

Yaralılar ətrafdakıların köməyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az

Bu yazılara da göz atın...