Vətəndaşların NƏZƏRİNƏ: Azərbaycanın bir sıra rayonlarında qaz kəsiləcək

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bu gün Biləsuvar, Balakən və Şəmkir rayonlarının bəzi qəsəbə və kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus qaz nəqli sistemində mayın 19-da planlaşdırılmış təmir işləri ilə bağlı saat 08:30-dan təmir işləri başa çatana qədər “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatana qədər “Çinarlı”, “Şəmkir”, “Balakən” QPS-lərdən və “Əliyaqublu” QTM-dən qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla iki qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxu.az

Bu yazılara da göz atın...