Vətən müharibəsi iştirakçısının intiharı ilə bağlı icra hakimiyyəti AÇIQLAMA verdi – YENİLƏNİB

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Sabirabad Rayon İcra Hakimiyyəti Vətən müharibəsinin iştirakçısı Maşallah Manafovun intiharı ilə bağlı açıqlama verib.

Qurumdan Oxu.Az-a daxil olan məlumatda deyilir ki, Sabirabad rayonu Cavad kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1986-cı il təvəllüdlü Manafov Maşallah Gülağa oğlu 16 iyun 2022-ci il tarixdə Cavad kəndi ərazisində, pay torpağında ağacdan özünü asaraq intihar edib. Hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

“Sosial şəbəkələrdə və bəzi internet saytlarında intiharla bağlı yayımlanan videomaterialın əvvəlində qazi və müharibə iştirakçılarının Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında toplaşdığı hissə 23 noyabr 2021-ci il tarixdə İcra Hakimiyyətinin inzibati binasının yanında yerləşən Sabirabad Mədəniyyət Mərkəzində N saylı hərbi hissənin təşkilatçılığı ilə Sabirabad rayonundan olan şəhidlərin anılması ilə bağlı keçirilən və qazi, müharibə iştirakçılarının da iştirak etdikləri tədbirdən sonra lentə alınıb.

Maşallah Manafov isə ümumiyyətlə son zamanlar İcra Hakimiyyətinə gəlməyib. Təəssüf hissi ilə bildiririk ki, bəzi informasiya resurslarında yayımlanan əsassız məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır.

Məlumat üçün bildiririk ki, Vətən müharibəsi iştirakçısı Maşallah Manafov 2022-ci ilin fevral ayından Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Əmin” marketlər şəbəkəsində işlə təmin olunub, müxtəlif vaxtlarda sosial problemlərinin həlli ilə bağlı müvafiq köməkliklər göstərilib”, – qurumun açıqlamasında deyilir.

16:29

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cavad kəndində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Maşallah Manafov özünü asaraq intihar edib.

Bildirilib ki, Vətən müharibəsi iştirakçısı olan M.Manafov Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra intihar edib. 

Faktla bağlı araşdırma aparılır. 

İlhamə Əbülfət

Oxu.az

Bu yazılara da göz atın...