Şuşada tapılan 28 illik dəftər və gündəlik hər kəsi duyğulandırdı: Əşyaların sahibi danışdı – VİDEO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Bəzən kiçik bir detal belə insan ürəyini dağ boyda edə bilir. Hələ mənəvi yükü çox böyük olarsa, illərlə həsrətini çəkdiyimiz Qarabağdan gətirilərsə…

Söhbət Şuşada tapılan, ötən 28 il ərzində məhv olmayıb, sahibinin yolunu gözləyən dərs vəsaitlərindən – bir gündəliklə, bir riyaziyyat dəftərindən gedir.

Onların sahibi isə hazırda institutlardan birində dosent olaraq çalışan Nəsimi Əhmədovdur.

Bu dəftər və gündəlik 1989-cu ildə Şuşada Üzeyir Hacıbəyov adına 1 saylı məktəbin 6-cı sinfində təhsil alan N.Əhmədova məxsusdur. 

Hazırda Qaradağ rayonunun Yeni Müşfiq qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə məskunlaşan həmin dərs vəsaitlərinin sahibi ona aid əşyaların tapıldığını sosial şəbəkədən öyrənib.

N.Əhmədov bildirib ki, Azərbaycanın işğaldan azad edilən hər daşı, torpağı kimi onun dərs vəsaitləri də illərdir gerçək sahiblərinin yolunu gözləyib. 

Mədəniyyət, incəsənət diyarı olan Şuşada məktəb dərsləri ilə yanaşı musiqi təhsili də alan Nəsimi Əhmədov tarın incəliklərini də öyrənib. Ancaq Şuşanın işğalı onu musiqidən uzaqlaşdırıb.

İşğaldan azad ediləndən sonra doğma şəhəri Şuşanı hələ görmədiyini deyən N.Əhmədov hazırda çalışdığı institutun azad edilən ərazilərlə bağlı layihələrində yer alaraq öz yurdunun gələcək inkişafında pay sahibi olmağa çalışır. 

Onu da qeyd edək ki, Nəsimi Əhmədov Şuşada ziyalı ailəsində anadan olub. Şəhər Ermənistan qoşunları tərəfindən işğal ediləndən sonra orta təhsilini Qax rayonundakı 4 nömrəli məktəbdə davam etdirərək oranı fərqlənmə ilə bitirib.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Oxu.az

Bu yazılara da göz atın...