Sabunçuda ekoloji terrora məruz qalan göl və onu əhatə edən ağaclıq barədə AÇIQLAMA + FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Sabunçu Rayon İcra Hakimiyyəti rayonunda (“Qara Qarayev” metro stansiyasının yaxınlığı) yerləşən göl və ətrafındakı meşəlik ərazidən ekoloji terrora məruz qalması ilə bağlı “Global Photo Stock”un əməkdaşının lentə aldığı fotolarla bağlı açıqlama verib. 

İH-in başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamandar Zeynalov Oxu.Az-a bildirib ki, qeyd olunan ərazi Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşir:

“Həmin ərazi “Azpetrol” Ltd MMC tərəfindən mühafizə olunan şirkətə məxsus olan torpaq sahəsidir. Ərazinin sanitar vəziyyətinin təmiz saxlanılması barədə mühafizəçilərə dəfələrlə xəbərdarlıq olunub”.

“Eyni zamanda, onu qeyd etmək lazımdır ki, sonuncu dəfə Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Rayon Kommunal Təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən ərazinin təmizlənməsi üçün baxış keçirilsə də, mühafizəçilər tərəfindən onların torpaq sahəsinə daxil olmalarına icazə verilməyib və ərazinin şirkət tərəfindən təmizlənəcəyi bildirilib”, – deyə əlavə edilib.

İlhamə Əbülfət

Oxu.az

Bu yazılara da göz atın...