Şəkidə yeniyetmə göldə batıb

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Şəkidə yeniyetmə göldə batıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Aydınbulaq kəndində baş verib.

Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Mehdi Mehman oğlu Əzizov Aydınbulaq kəndində “Keşiş gölü” kimi tanınan göldə çimərkən boğularaq ölüb.

Onun meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az

Bu yazılara da göz atın...