Şəhidlərin dəfn mərasimində dini şüarlar səsləndirənlərlə bağlı AÇIQLAMA

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

12 sentyabr 2022-ci il tarixindən etibarən Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Brüssel danışıqlarında əldə edilmiş razılaşmaları kobudcasına pozaraq Azərbaycana qarşı növbəti hərbi təxribatı Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və bu ölkədə revanşist meyillərin daha da gücləndiyini, rəsmi İrəvanın sülhə hazır olmadığını bir daha təsdiqləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan Ordusu bu dəfə də canı-qanı bahasına bu xain hücumun qarşısını aldı, düşmənə layiqli cavab verərək ona növbəti dəfə sarsıdıcı zərbələr vurdu.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, son təxribatlar nəticəsində Vətənimizin bölünməzliyi uğrunda canından keçən şəhidlərimizin dəfn mərasimlərində dini şüarların səsləndirilməsinə gəlincə, müşahidələr onu göstərir ki, müəyyən kənar dairələrin təlimatlarını yerinə yetirdikləri şübhə doğurmayan bu təxribatçı qaragüruhçular qrup halında hərəkət edir, ictimai-asayişi pozmağa cəhd edir, nümayişkaranə şəkildə özlərini əsl “dindar” kimi göstərmək istəyirlər. Halbuki onların bu kimi daha çox şou təəssüratı yaradan davranışlarının nə hüquqi, nə də dini baxımdan əsası yoxdur. Digər tərəfdən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin XVIII fəslində (“Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi”) şəhidlərimizin dəfn mərasiminin hansı formada keçirilməli olduğu açıq şəkildə göstərilib və bu qaydalarda hər hansı başqa hərəkətlərə yol verilməsi nəzərdə tutulmayıb. İslam dininə görə, dəfn mərasimləri mümkün qədər sükut içərisində keçirilməli, hətta zikrlər belə uca səslə söylənilməməlidir. Bununla bağlı İslam mənbələrində kifayət qədər faktlar vardır. Dəfn mərasimində bu cür qışqırıq salanların əməlləri, eyni zamanda xalqımızın formalaşmış adət-ənənələrinə də ziddir. Ancaq həm hüquqa, həm də dini ehkamlara məhəl qoymadan dəfn mərasimlərində dini şüarlar səsləndirən həmin adamlar məlum məsələdir ki, din adından istifadə edərək idarə olunduqları dairələrin tapşırıqlarını yerinə yetirməyə çalışırlar. Əslində bu cür din pərdəsi altında şəhidlərin dəfn mərasimindən istifadə edən qaragüruhçuların əməllərində başqa məqsəd gizlənir. Onlar hətta, şəhid valideynləri və yaxınlarının çağırışlarına fikir vermədən öz mənhus və qanunazidd əməllərini davam etdirirlər. Azərbaycan xalqı bu kimi təxribatçı qrupları yaxşı tanıyır və birmənalı olaraq qətiyyətlə rədd edir. Şəhidlərin dəfn mərasimlərindən özlərinin məkrli əməlləri üçün istifadə etmək istəyənlər heç bir şeyə nail ola bilməyəcəklər.

Daxili İşlər Nazirliyinin də bu cür neqativ hallarla bağlı açıqlamasında qeyd olunduğu kimi, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin adamları oradan uzaqlaşdırmır, ancaq mərasimlər başa çatdıqdan sonra qeyd olunan təxribatçıların ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür.

Onu da qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə müvafiq dövlət qurumları ilə koordinasiyalı fəaliyyət göstərir. Belə ki, Dövlət Komitəsi yerli icra hakimiyyətləri ilə birlikdə şəhidlərimizin dəfn mərasimləri üçün din xadimlərinin iştirakını təmin etməklə yanaşı, bu istiqamətdə maarifləndirmə işini daima diqqət mərkəzində saxlayır və əməkdaşlarımız mərasimlərdə iştirak edir.

Unutmamalıyıq ki, şəhidlərimiz təkcə öz ailələri üçün deyil, hər birimiz üçün doğmadır, əzizdir. Çünki onlar canlarını Vətənimizin ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi, vətəndaşlarımızın xoşbəxtliyi, sahib olduğumuz milli-mənəvi dəyərlərimizi yaşatmaq uğrunda fəda etmişlər. Onlara layiq olduqları ehtiramı göstərmək isə hər birimizin borcudur!

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik.

Oxu.az

Bu yazılara da göz atın...