Şəhid olan hərbi qulluqçumuzla Naxçıvanda vida mərasimi keçirilir – YENİLƏNİB

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevlə vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, mərasim şəhidin Culfa rayonu Ləkətağ kəndində ailəsinin evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

14:05

Kəlbəcər rayonunda minaya düşərək şəhid olan hərbi qulluqçumuz Əliyev Babək Əsgər oğlunun nəşi ailəsinə təhvil verilib. 

Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhidin cənazəsi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Oxu.az

Bu yazılara da göz atın...