Naxçıvanda şagirdlərin geyim formalarının yeni təsvirləri təsdiqlənib – FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Naxçıvanın dövlət ümumtəhsil müəssisələrində təhsilalanların geyim formalarının yeni təsvirləri təsdiq edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu təsvirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədəki dövlət məktəblərində şagirdlər üçün təsdiq etdiyi geyim formalarının təsvirləri ilə fərqlidir.

Belə ki, təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılacaq.

Liseylərin geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks olunacaq.

Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

– qızlar üçün yay forması – önü düyməli uzunqol köynək, ətək və qalstuk;

– oğlanlar üçün yay forması – önü düyməli uzunqol köynək, şalvar və qalstuk;

– qızlar üçün qış forması – önü düyməli uzunqol köynək, ətək, önü bağlanılan jilet, önü bağlanılan cibli pencək və qalstuk;

– oğlanlar üçün qış forması – önü düyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jilet, önü bağlanılan cibli pencək və qalstuk.

Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.

Xatırladaq ki, bu ilin mart ayında Nazirlər Kabineti Azərbaycanda “Dövlət ümumtəhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edib.

Oxu.az

Bu yazılara da göz atın...