Müharibə 21-ci əsr insanlarının psixologiyasına necə təsir edir? – ŞƏRH + FOTO

by admin

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verdi. Son məlumatlara görə, 80 hərbçimiz şəhid olub.

Belə dövrdə baş verənlər insanlar arasında müxtəlif şəkildə qarşılana bilər. Aldığı informasiyanı hərə bir cür qəbullanır. Bəzən alınan gərəksiz, yaxud doğru olmayan məlumat insanları təşvişə salır və psixoloji cəhətdən çökürlər.

44 günlük Vətən müharibəsinin yaratdığı psixoloji təsirlər cəmiyyətimizdə hələ də hiss olunurdu. Müharibə insan psixologiyasına, düşüncələrinə və davranışlarına təsir edir. Bəzən psixoloji pozuntu sindroma çevrilə də bilər. Ötən əsrə qayıtsaq, görərik ki, 1941-45 müharibəsindən sonra insanlar kütləvi şəkildə ölürdülər. Bunu da postmüharibə sindromu ilə əlaqələndirirdilər. Müharibə zamanı insanlar həddən artıq gərgin şəraitdə yaşadıqlarından postmüharibə dövründə həmin gərginliyin fəsadlarını çəkirdilər, alışmaq çətin olurdu. 

Maraqlıdır, müharibə 21-ci əsr insanlarının psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Elnur Rüstəmovun sözlərinə görə, qalib dövlətin vətəndaşı olaraq müharibədə iştirakımız psixologiyamıza müsbət təsir göstərdi:

“Müharibənin insan psixologiyasına təsiri var. Əgər biz bunu 1941-45-ci illərdən sonra ilə müqayisə etsək, eynilik təşkil etmədiyini görərik. Çünki o, 20-ci əsrin ortalarında baş vermişdi, bu isə 21-ci əsrdə. Çox fərqlər var.

Bununla yanaşı, müharibədə qalib və məğlub tərəflər var. Bunu da nəzərə almalıyıq. Konkret Azərbaycan vətəndaşından söhbət gedirsə, onu deyə bilərəm ki, 2020 və 2022-ci illərin sentyabrında biz qalib dövlətin vətəndaşı, qalib tərəf olduq. Bu bizim psixologiyamıza müsbət təsir göstərdi. Çünki biz savaşdan qalib tərəf kimi çıxmışdıq. 1990-cı illərin məğlubiyyətini, psixoloji fəsadlarını, təsirlərini 2020-ci il və ondan sonrakı mərhələlərdə yavaş-yavaş adlamağa başladıq”.

E.Rüstəmov qeyd edib ki, posttravmatik stres pozuntusu daha çox müharibə iştirakçılarında müşahidə olunur:

“Bunu ötən əsrlərdə də müşahidə etmək olar. Posttravmatik stres pozuntusunu yaşayanların əhval-ruhiyyələri tez-tez dəyişir, aqressiv olurlar. 2020-ci ilin sentyabrından sonra da biz müharibə iştirakçılarında bu posttravmatik stres pozuntusunu gördük. Bu gün də bu proses davam edir. Onlarla bağlı kompleks sosial-psixoloji reabilitasiya işləri aparılmalıdır”.

Psixoloq əlavə edib ki, son hadisələr vətəndaşlarımıza ciddi təsir etdi:

“Şəhidlərimiz var. Bu acını, kədəri vətəndaş kimi hər birimiz yaşayırıq. Bir təsəllimiz var ki, bu kiçik savaşda biz qalib kimi ayrıldıq. Qalib psixologiyası ilə yaşamaq özü də bir vətəndaş olaraq çox müsbət bir göstəricidir. Nəzərə alın: 1990-lardan 2020-yə qədər istər Azərbaycanda, istərsə də digər ölkələrdə özümüzü narahat, gərgin hiss edirdik. Bu gün həmin hissi qarşı tərəf yaşayır. Qalib ruhumuzu hər zaman qoruyub-saxlamalıyıq”.

Nəzrin Vahid

Oxu.az

Bu yazılara da göz atın...